AktualArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İraq hökuməti Ərbəin ziyarəti ilə bağlı qərar verdi

İraq hökuməti Ərbəin ziyarəti ilə bağlı qərar qəbul edib.

 İraqın baş naziri Mustafa Əl-Kaziminin başçılığı ilə İraqda Milli Sağlamlıq və Ali Səhiyyə Komitəsinin iclası keçirilib.

İclasda  İraqda koronavirusa yoluxma durumu,  yoluxanların sayının artması və Ərbəin ziyarətinin təşkili məsələsi müzakirə olunub.

İclasda cari ildə Ərbəin ziyarəti üçün İrandan 30 min nəfər, Ərəb ölkələri və digər ölkələrdən 10 min nəfərlik kvotanın ayrılması qərara alınıb.

Belə ki, Ərbəin ziyarətinə zəvvarlar digər ölkələrdən İraq Beynəlxalq Hava Limanı vasitəsi ilə giriş edə biləcək. Zəvvarların İraqa girməmişdən 72 saat öncə PCR testi verməsi zəruridir.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button