ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran koronavirusa qarşı peyvəndlərin kütləvi şəkildə vurulmasına gələn həftələrdə başlayacaq – Ruhani

İranda gələn həftələrdə koronavirusa qarşı peyvəndlərin vurulmasına start veriləcək.

Qafqaz.ir İSNA-a istinadla xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Koronavirusa qarşı mübarizə mərkəzində çıxışı zamanı deyib.

O bildirib ki, xaricdən alınan vaksinlərin vurulmasına cari ayda başlanılacaq.

Ruhani ölkə daxilində hazırlanan 3 yerli vaksinin mart, aprel aylarında vurulacağı ilə bağlı məlumat verib.

Qeyd edək ki, İranda son sutkada koronavirusdan 69 nəfərin ölümü qeydə alınıb və bu rəqəm ümumilikdə 57,225 , yoluxanların sayı isə 1 milyon 360 mini keçib. Bu rəqəmdən təqribən 1 milyon 150 mini sağalıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button