ArxivIslammədəniyyatQadin və hicabSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İranlı tələbə YUNESKO-nun yüksək mükafatını alıb

YUNESKO-nun koronadan sonra dünyanın təsviri adlı müsabiqəsinin yüksək mükafatı iranlı tələbəyə verilib.

İranın Fars vilayətinin Abade rayonunun Pəyame Nur universitetinin psixologiya ixtisası üzrə məzunu Elaheh Əsədi BMT-nin YUNESKO təşkilatının koronadan sonra dünyanın təsviri adlı müsabiqəsində birinci yeri tutaraq, yüksək mükafat qazanıb.

Bu müsabiqəni Tehran universitetinin “YUNESKO inkişaf və sosial sağlamlıqda” kafedrası keçirib. Müsabiqə koronadan sonrakı dünya çağırışı adı altında təşkil olunub.

Bu çağırışda maraqlananlardan istənilibdir ki, koronadan sonra dünya dəyişiklikləri barədə öz mətləb, ideya və fikirlərini kafedraya göndərsinlər.

Əsərlərin qəbul olunmasından və hakimlərin nəzərlərindən sonra əsərlərdən bir neçəsi seçilib. Qaliblərə hədiyyə və təqdirnamələr verilibdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button