Azərbaycanda jurnalistlərə qarşı polis zorakılığı: RATİ-nin tənqidi
Bazar günü Bakıda feministlərin keçirdiyi aksiya dağıdılarkən polis növbəti dəfə jurnalistlərə qarşı da kobud güc tətbiq edib. Ən ciddi xəsarət alan Meydan TV-nin əməkdaşı İzolda Ağayeva olub, o, polisin əlindən boğazına cırmaq yarası alıb.
Meydan TV-nin digər jurnalisti Aysel Ümidova aksiya iştirakçılarının saxlanılmasını çəkərkən o da saxlanılıb. Jurnalist bir neçə saat Səbail rayon 39-cu polis bölməsində saxlanılıb, ondan çəkdiklərini silməyi tələb ediblər, amma qız təzyiqə boyun əyməyib və son nəticədə onu sərbəst buraxıblar.
Toplum TV-nin jurnalisti Zərifə Novruzun əlinə vurub mobil telefonunu əlindən alıblar və telefonu zədələyiblər, həmçinin mətbuat kartını cırıblar.
Turan agentliyinin müxbirləri Əziz Kərimova və Tatyana Kryuçkinaya, Fərqanə Novruzovaya (azadliq.info), Nərgiz Abdsalamovaya (Mikroskop Media), Samirə Əliyə (anews.az) də təzyiq göstərilib.
Bundan başqa, polis jurnalistlərin videoçəkiliş aparmasına mane olub.
Jurnalistlərin bir hissəsi aksiyadan sonra, 39-cu polis bölməsinin qarşısında saxlanılan aksiya iştirakçılarının azad edilməsini gözləyərkən binadan uzaqlaşdırıldıqları zaman xəsarət alıblar. Jurnalistləri məcburi şəkildə metroya aparıb qatara mindiriblər və növbəti stansiyaya qədər müşaiyət ediblər.
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) Azərbaycanda tənqidçi qadınlara qarşı siyasi təqibi pisləyib və hakimiyyəti bütün növ təzyiqlərə son qoyaraq ölkədə bərabər hüquqlu və təhlükəsiz şərait yaratmağa çağırıb, təəəsüflə qeyd edərək ki, tənqidçi qadınların vəziyyəti hətta Azərbaycan Avropa Şurasına üzv olandan sonra da yaxşılaşmayıb.[youtube url=”video_url” width=”560″ height=”315″]