Xəbərlər

Ərdoğan azərbaycanlı jurnalistin deportasiyasından danışdı

Region Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan “Todays Zaman” qəzetinin müxbiri, Azərbaycan vətəndaşı Mahir Zeynalov ilə bağlı iddialara cavab verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan onunla əlaqədar twit atılmasından xəbərinin olmadığını deyib:

“Mənim twit xəstəliyim yoxdur. Twitter istifadə edənləri səhv başa düşməsin amma mənim bu qədər boş vaxtım yoxdur. Mənimlə əlaqədar twit atılıb, bundan belə xəbərim yoxdur. Mən gecə-gündüz demədən yalnız işimə baxıram. Mənim barəmdə twit atanlardan biri azərbaycanlıymış, qəzet yazarıymış. Bizim iqtidarımız onu ölkədən xaric edib. Mətbuat İnformasiya Təşkilatı sizin mətbuat kartınızı uzadar və ya uzatmaz iradə onlara qalıb. Bu bizim səlahiyyətimizdə deyil. Bunun üçün onlardan icazə alınır”.

Qeyd edək ki, Türkiyədə nəşr edilən “Todays Zaman” qəzetinin redaktoru və yazarı, Azərbaycan vətəndaşı Mahir Zeynalov fevralın 7-də ölkədən deportasiya edilib. Deportasiya qərarı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın prokurorluğa şikayəti əsasında verilib. İddialara görə, M.Zeynalov qəzetdə Türkiyə hökumətinin “Əl Qaidə” terror təşkilatı ilə əlaqələri olduğu barədə silsilə məqalələr dərc edib./ans press/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button