ArxivXəbər lentiXəbərlər

Ermənistanı gözləyən təhlükə yaxınlaşır

Qeyri-ənənəvi müxalifətə nüfuz etmək imkanı olmadığından Sərkisyan məhz milli barışıq hökuməti ilə qarşıdan gələn təhlükəni qabaqlamaq istəyir.

. Ekspert Ermənistan rəhbərliyinin dəyişikliyə getməsini ölkədə uzun müddətdir aparılan siyasi alverin bir təzahürü kimi qiymətləndirib:

“Ermənistan prezidenti və Qarabağ klanı opponentlərini şantaj və maddi şirnikləndirmə yolu ilə öz siyasi kurslarına tabe olmağa sürükləyirlər. Ötən il Sərkisyanın əsas opponenti olan və oliqarx Qaqik Çarukyan məhz biznesi ilə hədələnməklə səhnədən uzaqlaşdırılıb. Hakimiyyət indi də Qarabağ münaqişəsi fonunda belə aktiv danışıqları Levon Ter-Petrosyanla aparır. Yəqin ki, Petrosyana yüksək vəzifə vəd olunur ki, o da Sərkisyana açıq dəstək nümayiş etdirir”.

Politoloq payızda, yaxud da növbəti seçki ərəfəsində Ermənistanda müxalifət-iqtidar qarşıdurmasının artacağını istisna etməyib:

“Budəfəki hadisələrin fəsadları daha pis ola bilər. Son hadisələr göstərir ki, müxalifət Sərkisyana tabe olmaq istəmir. Sərkisyan da məhz milli barışıq hökuməti yolu ilə qarşıdan gələn təhlükəni qabaqlamaq istəyir. Hökumət hətta müxalifətçilərə hakimiyyətdə yer vəd etməklə vəziyyəti bir qədər idarə etməyə çalışsa da, müxalifətin rejimlə sövdələşməyə gedəcəyi inandırıcı deyil”.

Dağlıq Qarabağın tənzimlənməsinə gəlincə isə ekspertin sözlərinə görə, Sərkisyan ona qarşı olan təzyiqləri bəhanə etməklə danışqlardan yayınmağa və ya danışıqları imitasiya etməyə çalışacaq:

“Ermənistan hazırkı gedişatla sülh prosesinə ciddi əngəllər yaradır. Ermənistan rəhbərliyindən müəyyən cəsarət tələb olunur ki, bu tendensiyanı sındırıb başqa təkliflər versin. Ancaq Sərkisyanın ritorikası göstərir ki, bu ssenariyə böyük ümidlər bəsləmək olmaz. Çünki durmadan Qarabağla bağlı yersiz bəyanatlar səsləndirən Sərkisyanın artıq danışıqlarda iştirakı belə yersizdir”.

Qeyd edək ki, İrəvanda polis məntəqəsi binasını 15 gün əldə saxlayan “Sasna çrer” silahlı qrupunun təslim olmasından sonra Sərkisyan ilk dəfə ictimaiyyət qarşısına çıxaraq baş verənlərin Ermənistanda milli barışıq hökumətinin formalaşdırılmasını zəruri etdiyini açıqlayıb

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button