Xəbərlər

İçərişəhər “Cümə” məscidi dini icması Məhərrəm-Səfər əyyamı mərasimlərinə başladı

Bəndəlik məktəbi Məhərrəm-Səfər əyyamı daxil olub. Bütün dünya üzrə Əhli-beyt (ə) sevər insanlar İmam Hüseynin (ə) əza məclislərini düzənləyir, Şəhidlər Sərvərinin Allahpərəstlik məktəbini yaşadırlar. Bu münasibətlə İçərişəhər “Cümə” məscidi dini icması da matəm mərasimlərinə başlamışdır.

Öncə “Təvəssül” duasının oxunuşu ilə əzadarlıq mərasimlərinə başlanılıb. Dua boyu zikri-müsibətlər edilmiş, rövzələr oxunmuşdur.
Daha sonra İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu mərasim iştirakçıları qarşısında xütbə söyləmişdir. Xütbə zamanı insanın, onun şərəf və ləyaqətinin maddi dəyərlərlə ölçülə bilmədiyinə toxunan Hacı İlqar, Kərbəla müsibətinin məhz özünü dəyərsiz, puç, maddi dəyərlərə, həm də nisyə satan nadanların törətdiyi cinayət olduğunu bildirmişdir. “İnsan öz qədrini, öz qiymətini, öz dəyərini bilməlidir. Ürəfalar buyurur ki, insanların 90%-i özünü dünyaya satır. Kərbəlanın da mahiyyəti bu cürdür, dünyaya satılanlar bu cinayəti törətdilər. Kərbəla cinayətini törədənlər dünyaya satılanlardır. Əba Əbdillah (ə) da həm Kərbəla yolunda, həm də Kərbəlada dəfələrlə “dünyaya satılanlar” ibarəsini onlar haqqında işlətmişdir. Başqa bir acı nümunə də budur ki, Kərbəlada özünü dünyaya satanlar nağd nəsnələrə də satılmamışdılar. Bu adamlar nisyəyə satılıblar. Bu tarixdə də görülmüşdür ki, müsəlman toplumları çox zaman özlərindən güclülərin nisyə vədlərinə satılıblar. Fərd olaraq da öz yaşadıqları toplumlarda da bu cür nisyə vədlərə özlərini satıblar. Sonra da xərcləniblər, heç onlara da heç nə ödənməyib, əllərinə heç nə çatmayıb da”, – deyə xətib Kərbəla müsibətinin deyilməmiş çalarlarını sadalayarkən vurğulamışdır.
Xütbədən sonra əzadarlıq mərasimi keçirilmiş, daha sonra dualar edilmişdir. Dualarda insanımızın azadlığı, özünü ucuz tutmaması, torpaqlarımızın azadlığı, aqibətlərimizin xeyirli olması üçün dualar edilmişdir.
Mərasim İmam Zaman Ağanın (ə.f.) “Fərəc” duasının oxunuşu ilə başa çatmışdır.

deyerler

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button