ArxivSONXƏBƏRLƏRtahlil va magaleXəbər lentiXəbərlər

İranın təhqir edilməsinə necə qarşılıq vermək lazımdır?

İrana qarşı separatçı mövqedə olan qrupun media vasitəsi Azərbaycan Respublikası Milli Radio və Televiziya şurasının rəsmi lisenziyası ilə Bakıda fəaliyyət göstərir və Bakıdan İran prezidentini təhqir edir.

SəhərAzəri-nin verdiyi məlumata görə,İran İslam Respublikası ilə müxalifətdə olan, İranın ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən çoxsaylı qrupların media fəaliyyəti üçün Azərbaycan Respublikasından istifadə etməsi dinc qonşuluq münasibətlərinin ruhuna zidd olan reallıqdır.

Sözü gedən media qurumlarının bazası ABŞ və digər qərb dövlətlərində yerləşmiş olsalar da, onların Bakıda icazəli studiyaları, Azərbaycan Respublikası vətəndaşlarından ibarət yerli əməkdaşları var.

Bunlardan biri “Günaz.tv” adı altında, İran ölkəsinə qarşı separatçılığı təbliğ edən Televiziyanın  Bakıdakı əməkdaşları son günlər MRTŞ-nin lisenziyası ilə fəaliyyət göstərən öz Bakı studiyasından İranın yeni prezidentinə qarşı təhqiramiz video paylaşıblar.

Daima İranla dinc qonşuluq münasibətlərinə təkid edən rəsmi Bakı sözsüz ki, bu kimi hallara dərhal və ciddi reaksiya verməli və İranın yeni prezidenti Seyid İbrahim Rəisiyə qarşı dezinformasiyaların mənşəyi, niyyəti və amillərini öyrənməli, onlara qarşı ölçü götürməlidir.

Hələ prezident kimi fəaliyyətə başlamazdan öncə Azərbaycan Respublikası prezidenti və xalqını işğal olunmuş ərazilərin azad edilməsi münasibəti ilə təbrik edən, həmin ərazilərdə abadlıq layihələrinin əhəmiyyətini vurğulayan Seyid İbrahim Risiyə qarşı dezinformasiyalar rəsmi Bakı tərəfindən qarşılığını almazsa heç şübhəsiz ki, İran ictimaiyyətində mənfi imic formalaşdıracaq və bu da ikitərəfli münasibətlərə təsirsiz ötüşməyəcək.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button