ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İranın sənaye, mədənlər və ticarət naziri Rəşt-Astara dəmir yolu layihəsini maliyyələşdirməndən danışdı

"Rusiya layihəsini maliyyələşdirməyə hazırdır"

 iranlı nazir deyib ki, Rusiya Rəşt-Astara dəmir yolu layihəsinin tamamlanması üçün onu maliyyələşdirməyə hazır olduğunu bildirib”.

O qeyd edib ki, Rəşt-Astara dəmir yolu xəttini yerli maliyyə vəsaiti hesabına tamamlamaq haqqında qərar qəbul edilib, lakin bununla yanaşı Rusiya ilə də bu haqda müzakirələr aparılıb: “Rusiya rəsmiləri İrana son səfərləri zamanı ciddi şəkildə bu layihəyə qoşulmaq istədiklərini bildirdilər”.

O qeyd edib ki, ötən 3 ay ərzində Şimal-Cənub Dəhlizinin potensialından 30 faiz istifadə olunub: “Yüklər Asiyanın cənub- şərqindən Bəndər-Abbas, sonra Əmirabad limanına, daha sonra isə digər bölgələrə, o cümlədən Rusiyaya nəql olunub.”

Astara gömrüyündə sıxlığın olduğunu və İranın bu gömrüyü genişləndirmək niyyətində olduğunu deyən Rza Fatimiəmin bildirib ki, Astara sərhəd-keçid məntəqəsindən keçmək üçün müraciətlər çoxdur, yük maşınları sərhəddə çox gözləyir və sərhəd 3 növbədə işləyir: “Biz Astara sərhəd-keçid məntəqəsini genişləndirmək niyyətindəyik. Görəcəyimiz işlərdən biri də körpünün yenilənməsidir.”

İranın sənaye, mədənlər və ticarət naziri sonda deyib ki, Azərbaycan ilə iqtisadi əlaqələrin inkişafı üçün ən yaxşı yol müştərək investisiyalardır: “Buna görə də azərbaycanlı iş adamlarının İranın sənaye şəhərciklərində və ölkənin digər bölgələrində müştərək sərmayə yatırmalarını alqışlayırıq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button