İranın regiondakı mənəvi iştirakı Amerikanın və bəzi ölkələrin fəryadına səbəb olub
İslam İnqilabının Böyük Rəhbəri Müqəddəs Müdafiə fəalları, veteranlar, yardımçılar, yazıçılar, incəsənət xadimləri, şəhid ailələri və qabaqcıl insanlardan bir qrupu ilə görüşdə bildiriblər ki, İranın regiondakı mənəvi iştirakı Amerikanın və bəzi ölkələrin fəryadına səbəb olub.
Müqəddəs Müdafiə bizim sərhədlərimizi genişləndirdi- deyən İnqilab Rəhbəri qeyd ediblər ki, məqsəd, coğrafi sərhədlər deyil, digər sərhədləri, o sıradan müqavimət sərhədini genişləndirdi və bu gün müqavimət elementi regionda yer alıbdır.
Müqavimət adını Müqəddəs Müdafiə dünyada irəli sürdü və reallaşdırdı. Region ölkələrində İranın bazası yoxdur, amma İran regionda mənəvi iştiraka malikdir və bu mənəvi iştirak Amerikanın və bəzi ölkələrin fəryadına səbəb olub- deyə, Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar.
Düşmənin problemi, hələ də İran İslam Respublikasıdır- deyən İnqilab Rəhbəri bildiriblər: Düşmənin Müqəddəs Müdafiə dövründəki əsas və mühüm hədəfi də, ərazi bütövlüyü deyildi; düşmən İran xalqının həyata keçirdiyi bu misilsiz inqilabı yatırtmaq istəyirdi.
Həzrət Ayətullahuluzma Xamenei sonra söyləyiblər: İki ölkə sərhədinin bir hissəsinin yerdəyişməsi üstündə baş verən müharibə ilə bir xalqın kimliyini təşkil edən məsələnin məhv edilməsi üstündə törədilən müharibənin fərqi var. İraqın bəəs rejiminin İranla müharibə məsələsi təkcə sərhəd məsələsi deyildi.
Müqəddəs Müdafiədə dövründə bütün dünya İranla müharibəyə girdi- deyən İnqilab Rəhbəri əlavə ediblər: Amerikaya, Avropa ölkələrinə və Şərq blokuna şamil olan dünyanın ozamankı bütün tanınmış güclərinin hər biri bir təhər İslam İnqilabına qarşı müharibədə iştirak edibdir.
İran xalqının gördüyü işlər ucqar ölkələrdə təsir buraxıb. Şərqi Asiya bölgəsində, Afrikada və Latın Amerikasında İran xalqının işləri bir meyar olubdur.