ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İranın nüvə fəaliyyətləri agentliyin qaydalarından yayınmayıb

  • İran Atom Enerjisi Təşkilatının sədri MAQATE-nin direktorlar şurasının Tehranın agentliklə həmkarlıq etməməsinə dair qətnaməsinə işarə ilə, İranın nüvə fəaliyyətlərinin agentliyin qaydalarından yayınmadığını vurğulayıb.
Məhəmməd İslami deyib: Agentliyin beynəlxalq qaydalar əsasında İranın bütün saytlarındakı nəzarəti bərqərardır. Agentliyin özü də on altı dəfə rəsmi məlumatlarda təkid və təsdiq edibdir ki, İran İslam Respublikasının nüvə fəaliyyətlərində heç bir yayınma halı müşahidə etməyibdir.
İran Atom Enerjisi Təşkilatının sədri söyləyib: Bu, məhz sionistlərin yazdıqları mətnlərdir. Beynəlxalq təşkilatların imicləri sionist lobbilərin nüfuzu ilə etibarsız olur ki, bu da beynəlxalq təhlükəsizliyin və siyasi atmosferin nübarlarındandır.
İslami əlavə edib: Nüvə anlaşmasının imzalanması ilə, qərblilərin İranın dinc nüvə fəaliyyətləri barədəki əsassız iddialarına son qoyulması qərara alınmışdı, amma belə olmadı.
İran Atom Enerjisi Təşkilatının sədri vurğulayıb: Sanksiyaları ləğv edəcəkləri gün, İran da nüvə anlaşması formasındakı öhdəliklərinə geri dönəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button