AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İranın mədəni-mənəvi irsinin Azərbaycan Respublikası tərəfindən oğurlanması

Azərbaycan Respublikası hökuməti “Pəhlivanlıq mədəniyyəti, Zorxana və Güləş İdmanı”nı öz adına qeydiyyata salmaq niyyətindədir. Halbuki, İran isə bu idman növü ilə bağlı ritualları 2010-cu ildə öz adına qeydiyyatdan keçirib.
Qafqaz Həqiqətləri xəbər verir ki, YUNESKO-nun bəşəriyyətin mədəni irsinin qorunub saxlanması proqramlarından biri də təşkilatın bəşəriyyətin mənəvi irsinin qeydə alması və bununla da əbədiləşdirilməsi səyləridir.
Bu, mədəni irsin birgə qeydiyyatı imkanları vasitəsilə, xüsusən də regional səviyyədə hökumətlərin və onun fövqündə xalqların yaxınlaşmasına səbəb ola bilər. Lakin, arzuolunan görünən bu məsələ zərər və sui-istifadədən uzaq qala bilmir.
Hökumətlərin bu irsin qeydiyyata alınması prosesində güclü rolu, beynəlxalq təşkilatlara təsirin mümkünlüyünü nəzərə almaqla, bəzən ölkələr arasında siyasi qarşıdurmalarla nəticələnməsinə, bu qurumun mədəni məqsədlərindən başqa, müəyyən bir ölkənin maraqlarını müdafiə etmək üçün istifadə edilməsinə səbəb olur.
Buna əsaslanaraq, daha nüfuzlu və planlı ölkələr qeyd olunan iki komponentdən faydalanaraq qonşuları ilə ortaq sayılan mədəni irsi öz adlarına qeydiyyata ala, beynəlxalq mədəni təbliğat sahəsində, turist cəlb etmək, bir çox tarixi zehni məhsullara əqli mülkiyyət iddiaları vasitəsilə sənayenin inkişafı kimi üstünlüklərindən bəhrələnə bilərlər. Belə ixtilafların Çin, Yaponiya və Cənubi Koreya və ya Rusiya ilə Qazaxıstan arasında olması barədə məlumatlar vardır. Təəssüf ki, o beynəlxalq qurum da ancaq iş formasında –əgər heç bir ölkə etiraz etməsə– işləyir.
İran da dünyanın görkəmli sivilizasiya sahələrindən birinin bilavasitə varisi kimi (hansı ki, bu bir neçə onillikdə bir çox eniş-yoxuşlara və xüsusilə etinasızlıqlara baxmayaraq, bütün uzun tarixi ilə bağlılığını qoruyub saxlamışdır) özünün qeyri-maddi irsinin qeydiyyata alınması imkanından və xüsusilə birgə qeydiyyat yolu ilə yaradılan imkandan yetərincə yararlana bilər.
İran və qonşu ölkələr arasında mədəni irsin birgə qeydiyyatı hər iki tərəf üçün minilliklərin tarix və mədəniyyətində birliyin xatırladılması ola bilər. Hansı ki, bu ölkələr elə də uzaq olmayan bir keçmişdə hətta siyasi sahənin özündə də bir olublar. Məhz belə bir ortaq irslə bu hərəkatın daha bir məqsədinə, yəni sülh mədəniyyətinin təbliğinə nail olmaq mümkündür.
Ancaq qeyd olunduğu kimi, bunun da təhlükələri ola bilər. İranla BƏƏ arasında “yel alıcı”, yaxud İranla Azərbaycan Respublikası arasında tar, polo və digər irslərin beynəlxalq qeydiyyata alınması məsələsində ixtilaflardan xəbəri olmayan az adam tapılar. Bu işlərin bir çoxunda İran hökuməti ya təəccüblənib, ya da (tar işi kimi sahələrdə) öz laqeydliyi və fəaliyyətsizliyi ilə qonşularına uduzub. Amma digər hallarda gec də olsa, bəzi birgə qeydiyyata bir cür razı olub ki, bu da son nəticədə mədəni ənənənin İran köklərini ört-basdır olmasına və gələcək münaqişələr üçün məkan yaranmasına gətirib çıxarıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button