ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İranın humanitar yardım yükünü daşıyan təyyarə Dəməşq hava limanına daxil olub

Rixter şkalası ilə 7,7 bal gücündə olan yeraltı təkan dünən səhər saatlarında Türkiyənin cənubu, Suriyanın isə şimalını titrətdi. Son statistikalara görə, bu zəlzələdə indiyədək Suriyada 1121 nəfər həyatını itirib, 2400 nəfər isə yaralanıbdır.
Bundan öncə Suriya aviasiya təşkilatının sədri bildirmişdi ki, çərşənbə axşamı günü İran, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Hindistandan humanitar yardımlar daşıyan beş təyyarə Dəməşq və Laziqiyyə hava limanlarına daxil olacaq.
Suriya Xarici İşlər Nazirliyi bir bəyanatda BMT-yə üzv ölkələr, bu təşkilatın katibliyi, Beynəlxalq Qızıl Xaç Komitəsi və sair hökumət və qeyri-hökumət orqanlarından zəlzələdən irəli gələn insan fəlakətini həll etmək üçün bu ölkəyə və bu ölkənin hökumətinə yardım göstərmələrini istəyib.
Nazirlik həmçinin bu ölkə xalqı ilə həmrəylik ifadə edən və bu çətin şəraitdə ona yardım etməyə hazır olduğunu bildirən ölkə və orqanlara son dərəcə təşəkkür edibdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button