ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İranın düşmənləri Arazın kənarında nə axtarırlar?

Aliməqamlı Rəhbərin baş müşaviri Əli Əkbər Vilayətinin qonşu ölkəyə dostluq mesajı göndərməsini düzgün başa düşməyən ailə rejimi İranın düşmənlərini Araz çayının sahilində gəzintiyə çıxarmaqla Tehrana acıq verir.
sosial mediada geniş yayılan iki foto-şəkil bu barədə diqqət çəkib. Belə ki, İlham Əliyevin tapşırığı ilə sionist rejimin kəşfiyyat zabiti Mayk Dorn və Azərbaycan prezidentinin dünyada anti-İrançı kimi tanınan müşaviri Brenda Şeffer Xudafərin körpüsünün Azərbaycan tərəfində gəzməyə çıxarılıblar. Bəhanə kimi bədnam zabitlərin səhər yeməyinə dəvət olunması göstərilir.
Bildirilir ki, Azərbaycan tarixini saxtalaşdırmada məşhur olan həmin bu şəxslər İsrail və Amerika kəşfiyyatınn adamları sırasındadırlar.
Azərbaycan hökuməti ikinci dəfədir ki, pantürkizmin xaç anası sayılan Brenda Şefferi İran sərhədinə gətirir.
Maraqlıdır ki, sionistlərin İran azəriləri planında yer aldıqlarını bu gün azərbaycanlı politoloq Xaqani Cəfərli də öz Facebook paylaşımında etiraf edib.
İlham Əliyevin İsraildə səfirlik açmaq qərarını yarmçıq və qüsurlu qərar hedab edən politoloq yazır: “Azərbaycan hökuməti cəsatətli və gələcəyə hesablanan qərarlar almalıdır. Əks halda Güney Azərbaycan üçün ciddi problemlər yaratmış olacaq. Heç kəs unutmamalıdır ki, Güney Azərbaycan məsələsində bizim ən birinci müttəfiqimiz İsraildir”.
Beləliklə də İranla sərhəddə, Arazın şimalında işğaldan azad edilmiş ərazilərin İsrail üçün oyun meydanıa və casusluq məntəqələrinə çevrilməsi danılmaz faktdır, lakin rəsmi Tehranın bunlara göz yumacağını düşünmək sadəlövhlük olardı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button