AktualArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İranın dövlət rəsmiləri Azərbaycan dövlətini təbrik edirlər

İran İslam Respublikasının dövlət rəsmiləri 28 may ; Respublika Günü münasibətilə azərbaycanlı həmkarlarını təbrik ediblər.

İran İslam Respublikasının prezidenti Respublika Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubunda deyilir: “Ölkəniz müstəqilliyini bərpa etdiyi ilk günlərdən etibarən İran İslam Respublikası ilə Azərbaycan Respublikası iki səmimi qonşu kimi tarixi, mədəni və dini bağlara əsaslanaraq, yüksək səviyyəli qardaşlıq və mehriban qonşuluq münasibətləri nümayiş etdirmişlər. Əmin olduğumu bildirirəm ki, hər iki ölkə gələcəkdə də zəngin mədəniyyətimizdən və qədim tariximizdən ilhamlanaraq qarşılıqlı anlaşma prinsipinə, xalqlarımızın istəyinə uyğun olaraq, əməkdaşlığın, siyasi, iqtisadi və mədəni əlaqələrin genişlənməsi, regional sülh və sabitliyin möhkəmlənməsi istiqamətində birgə hərəkət edəcək.”

İran İslam Respublikasının birinci vitse-prezidenti İshaq Cahangiri, İranın XİN başçısı Məhəmməd Cavad Zərif və iqtisadiyyat naziri Fərhad Dejpəsənd də ayrı-ayrılıqda azərbaycanlı həmkarlarına məktub ünvanlayaraq, 28 may Respublika Günü münasibətilə onları təbrik etmiş, qardaş ölkənin xalqına firavanlıq, səadət və dostluq əlaqələrimizin daha artıq inkişafını arzu ediblər.

Xatırladaq ki, bu gün  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür.

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti 2 il sonra bolşeviklərin hücumu nəticəsində dağıldı, 1991-ci ildə isə Sovet İmperiasının çökməsi ilə yenidən bərpa olundu.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button