AktualAktualArxivXəbər lentiXəbərlər

Ərdəbil əhalisinin parlament təmsilçisinin Fazil Mustafayevin təhqiramiz sözlərinə sərt cavabı

İslam Şura Məclisinin Xarici Siyasət və Təhlükəsizlik Komissiyasının sədr müavini Mənsur Həqiqətpur Ariya Agentliyinə məktub ünvanlayaraq Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafayevin təhqiramiz ifadələrinə cavab verib.

Qafqaz Mədəniyyət Mərkəzi – Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafayevin İmam Hüseynin (ə) bayrağını, şiələrin və qeyrətli İran Azərbaycanı xalqının etiqadlarını aşağılamasının ardınca Ərdəbil, Nir, Nəmin, Səreyn əhalisinin İslami Şura Məclisində nümayəndəsi, Xarici Siyasət və Təhlükəsizlik Komissiyasının sədr müavini Mənsur Həqiqətpur media vasitəsilə ona cavab verib.

Cavabın mətni belədir:

Allahın adı ilə

Tehran Parlamentindən Badkubə Parlamentinə

Badkubə Parlamentinin deputatı Fazil Mustafayevin diqqətinə:

Uzaqdan sizi salamlayıram. Mənim sizdən gözləntim məntiqi və dostcasına açıqlamalar təqdim etmənizdir. Lakin belə hiss edirəm ki, siz hələ heyrətdəsiniz və bu heyrət dostu düşməndən seçmək gücünü sizdən almışdır. Cənab Fazil Mustafayev, sizdən Fazil adı ilə cahil sayaqlamalar yox, fəzilətli olmağınız gözlənilirdi. Siz Fazil Mustafayevsiniz, yoxsa Cahil Mustafayev?! Mənə belə gəlir ki, gerçəkdə cahil ikən fazil donu geyinmisiz.

Cənab Cahil Mustafayev, İran xalqını qeyrətsiz adlandırmısan, qeyrətsiz sözünün mənasını bilirsənmi? Ən qeyrətli insanların İran xalqı, xüsusilə də İslami İran azərbaycanlılarının olduğunu bilirsənmi? İran xalqı öz qeyrətini yüz minlərlə şəhid verməklə göstərdi. İran xalqı təpədən dırnağa silahlanmış düşmənin İslami İranın bir qarış torpağını da işğal etməsini öz qeyrətinə sığışdırmadı.

Amma qeyrətsiz, cənab “Fazil”! Sizin qeyrətiniz torpaqlarınızın bir hissəsi, əziz Qarabağ itiriləndə hara getdi?! Qeyrətsiz, Badkubə Parlamentində,  yaxud seçildiyin ərazidə Qarabağın azad olunması üçün fəryad etməyə icazən varmı?! Qeyrətsiz, Qarabağın Ermənistana hədiyyə edilməsinin səbəbini öz xalqına deməyə ixtiyarın varmı?! Cənab qeyrətsiz, Qarabağ köçkünlərindən xəbərin varmı ki, harada yurd salıblar?!

Qeyrətsiz, bilirsənmi ki, sizin barənizdə tarix hökm çıxaracaq?! Və mən əminəm ki, Azərbaycan xalqı sizə qeyrətsizlik medalı verəcək. Azərbaycan xalqının sən qeyrətsizin yaxasından qeyrətsizlik medalı asacağı gün nə qədər də gözəldir!

Cahilxan, İran xalqını və İran azərbaycanlılarını namussuz adlandırırsan, öz namusundan xəbərin varmı?! Doğrusu, homoseksuallar ölkənizdə parad keçirəndə sənin namusun harada idi?! Birinci sırada, ortada, yoxsa axrıncı sırada?! Doğrusu, Cahilov Namussuz, homoseksualların Bakıda manevri barədə fikrin nədir?

Əgər nəzərini deyə bilsən, kimin namussuz olması aydınlaşacaq. Cahilov Binamus, hansı cürətlə həzrət Seyyiduş-şühədanın (ə) bayrağını təhqir etdin? Bilmirsən ki, tarix boyu qeyrətsizlər və namussuzlar həzrət Seyyiduş-şühədanın (ə) bayrağına qarşı çıxıb? Yezid, Şümr və …

Nə vaxtdan namussuzlar ordusuna qatılıb, xalqın dini hisslərinə və onun simvolu olan imam Hüseynin (ə) bayrağına qarşı belə hörmətsizlik edirsən?!

Qeyrətsiz, sənə nəsihət edirəm ki, İran xalqının, İran və Azərbaycanın azəri dilli əhalisinin dini hisslərini aşağılamayasan. Əgər tövbə edib bu çirkin yoldan qayıtmasan, sənin pis və qara keçmişini açmağa məcbur olacağıq.

Tehran Parlamenti

Mənsur Həqiqətpur

Ərdəbil, Nir, Nəmin, Səreyn əhalisinin İslam Şura Məclisində nümayəndəsi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button