AktualAktualArxivFatimi yaşayişIslamSONXƏBƏRLƏRTarixXəbər lentiXəbərlər

İranın azərilər yaşayan əyalətlərinin D ini H eyətlər Q urumu Azərbaycan Respublikasında İmam Hüseyn (ə) əzadarlarına hörmətsizliyi pisləyib

İranın azərilər yaşayan əyalətlərinin D ini H eyətlər Q urumu Azərbaycan Respublikasında İmam Hüseyn (ə) əzadarlarına hörmətsizliyi pisləyib

İranın azərilər yaşayan əyalətlərinin D ini H eyətlər və Məddahlar Q urumu bəyanat yayaraq Azərbaycan Respublikasında İmam Hüseyn (ə) əzadarlarına hörmətsizliyi pisləyib .

Qafqaz Həqiqətləri xəbər verir ki, İranın azərilər yaşayan əyalətlərinin Dini Heyətlər və Məddahlar Qurumu Azərbaycan Respublikasında İmam Hüseyn (ə) əzadarlarına hörmə tsizlik edilməsi və əzadarlıq edənlərə maneçilik yaradılmasını pisləyib.

Bəyanatda deyilir:

إِنَّ الَّذينَ قالُوا رَبُّنَا اللهُ ثُمَّ اسْتَقامُوا تَتَنَزَّلُ عَلَيْهِمُ الْمَلائِكَةُ أَلاَّ تَخافُوا وَ لا تَحْزَنُوا وَ أَبْشِرُوا بِالْجَنَّةِ الَّتي كُنْتُمْ تُوعَدُونَ

“Rə bbimiz Allahdır!” – deyib sonra doğru yolda gedənlə rin üzərinə mələklər nazil olar və onlara belə deyərlər: “Qorxmayın, kədərlənmə yin! Sizə vəd olunan cənnətlə sevinin! (“Fussilət” surəsi, ayə 30)

Son günlər Azərbaycan polisinin bu ölkədə İslam və Şiə müqəddəslərini təhqir etməsi ilə bağlı xəbərlərin dərc olunmasının bir daha şahidi olduq. Belə ki, Azərbaycan Respublikasının polis qüvvələri “Binə” kənd sakini xanım Şəhla Fərəcovanı evinin divarına “Ya Hüseyn (ə)” şüarını yazdığına görə həbs edir, İmam Hüseynin (ə) müqəddəs adı olan bayraqları və digər islami təzahürləri yığışdırıb və onların bu ölkədə quraşdırılmasının qarşısını alırlar.

Halbuki, Türkiyə və qəsbkar sionist rejimin bayra qları bütün küçələrdə, hətta dövlət idarələrində sərbəst şəkildə quraşdırılıb. Polis homoseksualların bayraqlarına heç bir reaksiya vermir, yalnız Əhli-beyt (ə) məktəbinə qarşı düşmənçilik nümayiş etdirir.

Bugün Azərbaycan əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edir və əhali nisbətinə görə dünyada ikinci şiə ölkəsi hesab olunur, İslam mədəniyyəti və sivilizasiyası nda da qədim bir tarixə malikdir . Azərbaycan hökumətindən, məmurlarından və polisindən gözlənti budur ki, belə bir cəmiyyətə, xüsusən də Qarabağ müharibəsində bütün varlığı ilə düşmənə qarşı dayan araq öz ölkələri  qürurlu qələbə qazandıran şiələrin qədrini bilsinlər, öz ölkələrinin səadəti üçün təlaş edən İmam Hüseyn (ə) əzadarlarına qarşı hörmətsizlikdən əl çəksinlər, beləliklə, dünyanın hər yerində möminlərin və şiələrin qəlbləri bundan artıq ağrıtmasınlar.

Həmçinin, əzadarlara qarşı qeyri-düzgün davranışdan sui-istifadənin nəticəsini Londonda baş verən hadisələrdə gördünüz. Belə ki, ingilis şiəliyi hərəkatına bağlı olanlar Azərbaycan Respublikasının səfirliyini zəbt etməklə Azərbaycan xalqı arasında parçalanmaya start verdilər. Təbii ki, biz onların bu hərəkətini qətiyyətlə pisləyirik.

Bu bəyanatın sonunda biz Ərdəbil əyalətinin bir qrup dini heyət və məddahları inqilabçı və aşuraçı cəmiyyətin adından Azərbaycan Respublikası hökumətindən əzadarların polis tərəfindən təhqir, təh did və həbsinə son qoyulmasını , bu ölkədə Məhərrəm əzadarlığının, Tasua və Aşura mərasimlərinin təşkili üçün lazımi şəraitin yaradılmasını tələb edirik.

İranın A zərilər Y aşayan Ə yalətlərinin Dini Heyətlər və Məddahlar Qurumu

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button