ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Deputat İsraili təmizə çıxarmaq üçün əlindən gələni edir

M.Darafərin Səhər Telekanalı ilə eksklüziv müsahibədə deyib ki, Türkiyə xalqının və siyasi dairələrinin Fələstinlə bağlı bəyanatlarını təhqir edən Fazil Mustafa Azərbaycanda millətin vəkili deyil, sionizmin və masonların vəkili olduğunu göstərdi. Bu səbədən də sionizmin parçalanmış abırını qorumaq üçün əziz türk xalqını təhqir etməyə belə hazırdır.

Deputatın İsraili tərifləməsinə gəlincə, ilahiyyatçı bunun təhlükəli məqam olduğunu vurğulayıb. “Fazil Mustafa İsraili Azərbaycanda müsəlman torpaqlarını qəsb edən bir dövlət kimi deyil, onu ölkəmizə modern silahlar satan bir dövlət kimi tanıtdırır; halbuki Azərbaycan həmin silahları öz pulu ilə alıb və İsrail bundan xeyli qazanıb. Müharibədə qələbə isə silahın gücünə deyil, mərd oğullarımızın gücü hesabına əldə edildi. Ona görə də sözü gedən rejimə minnətdar olmaq lazım deyil”, -deyə M. Darafərin bildirib.

İlahiyyatçı sonda erməni keşişlərindən İsrail istehsalı olan silahların çıxdığını xatırladaraq söyləyib ki, əslində İsrail Azərbaycana yox, Ermənistana yardım edib. Çünki ermənilərin belə silahları almağa pulları yoxdur.

Qeyd edək ki, deputat Fazil Mustafa mayın 17-də Axar.az-da dərc olunan məqaləsində Türkiyə Cümhuriyyətinin sionist İsrail rejimi ilə bağlı mövqeyini kəskin şəkildə tənqid edib və bu rejimi “dost dövlət” adlandırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button