İranın yeni hökuməti qonşu ölkələrə, xüsusilə İraq, Türkiyə vəAzərbaycana dəmiryol şəbəkəsinin qoşulması və inkişaf etdirilməsinəxüsusi diqqət yetirəcək.
Qafqaz.ir-in məlumatına görə, bunu İranın Dəmiryol Şirkətinin icradirektoru Cabbarəli Zakeri jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bununla yanaşı, ölkədə quru dəmiryollimanlarının inkişaf etdirilməsi diqqət mərkəzindəsaxlanılacaq.
Zakeri qeyd edib ki, Şimal-Cənub Beynəlxalq Dəhlizi prioritettəşkil etməklə ölkənin dəniz, dəmiryol və yol tranzit yollarınıninkişaf etdirilməsi əhəmiyyət kəsb edir.
Əlavə edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran vəHindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında”Şimal-Cənub” nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə birsıra ölkələr sözügedən Sazişi ratifikasiya edib. (AzərbaycanRespublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası,Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası,Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası,Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizinyaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali vəQərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır(hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır,”Şimal-Cənub” vasitəsilə 3 həftə olması gözlənilir).
Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmiryolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu iltarixində Qəzvin – Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İranərazisində Rəşt – Astara dəmir yolu tikilməlidir.
Şimal-Cənub Dəhlizinin İran ərazisində 3 istiqaməti var. Şərqistiqaməti Türkmənistan və Orta Asiya ölkələri, Orta istiqamətiXəzər dənizi vasitəsi ilə Rusiya və sairə ölkələr, Qərb istiqamətiAzərbaycan, Gürcüstan, Rusiya və Şərqi Avropa ölkələri.