ArxivXəbər lentiXəbərlər

İran Qarabağ münaqişəsində vasitəçiliyə hazırdır

İranın Azərbaycan Respublikasındakı səfiri Tehranın Dağlıq Qarabağ münaqişəsində vasitəçiliyə hazır olduğunu bildirib.

Fars Xəbər Agentliyinin məlumatına görə, İran İslam Respublikasının Bakıdakı səfiri Möhsün Pakayin Azərbaycanın APA İnformasiya Agentliyi ilə müsahibədə əlavə edib: İran həmişə təklif edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etsin.

Pakayin Tehran-Bakı əlaqələrinin yüksəldilməsi barədə də deyib: İki ölkənin bütün sahələrdə əlaqələrinin genişlənməsi İran və Azərbaycan rəsmilərinin iş gündəmindədir.

İranın Bakıdakı səfiri iki ölkə arasında şimal-cənub dəhlizi layihəsinin inkişafı barədə də deyib: İki ölkənin dəmiryolunu bir-birinə birləşdirən körpünün tikilməsi gələn altı ayda və Azərbaycan ərazisində 8 kilometrlik dəmiryolu, İran ərazisində isə 2 kilometrlik dəmiryolunun çəkilməsi işi də 2016-cı ilin sonuna qədər yekunlaşacaq.

İranın Bakıdakı səfiri deyib: Azərbaycan 2017-ci ildən İranda başlayacaq Qəzvin-Rəşt dəmiryolu layihəsində investisiya yatırmağa maraqlı olduğunu bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button