ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İrandan agentlikdə qətnamənin qəbul olunmasına reaksiya

 «Müvafiq tədbirlər görəcəyik» deyən İran rəsmisi bildirib ki, İranın/ agentlik qarşısındakı siyasəti və yanaşma tərzini yenidən nəzərdən keçirmək haqqı var.

Anti-İran qətnamənin direktorlar şurasına üzv bəzi ölkələr tərəfindən siyasi məqsədlə və qərəzli surətdə qəbul edildiyini diqqətə çatdıran Məhəmmədrza Qaibi İranın bu sahədəki mövqeyini qeyd edib.

Qaibi qətnamə qəbul edilməzdən öncə bildirib ki, ötən 20 il ərzində agentliyin İranda ən sıx təftişləri həyata keçirilib.

İranın/ bütün dünyada MAQATE-nin çətiri altında olan nüvə təsisatlarının yalnız üç faizinə malik olduğunu nəzərə çatdıran İran rəsmisi qeyd edib ki, təkcə 2021-ci ildə agentliyin dünya səviyyəsindəki təftişlərinin 22%-i İranda aparılıbdır.

O, həmçinin agentliyin baş direktorunun hesabatında qeyd olunan məkanlarla bağlı iddiaların sionist rejimin qeyri-düzgün və saxta informasiyaları əsasında irəli sürüldüyünü bir daha vurğulayıb.

Bu qənaətdəyik ki, agentliyin son hesabatında edilmiş şişirtmələr və bu sahədə zərurəti olmayan bir faciə yaratmaq üzrə səylər,/ hesabatdakı əsaslı nigarançılıqların və qaranlıq cəhətlərin İranın diqqətini çəkdiyi/ və agentliyin baş direktorunun danışıqları davam etdirməyə hazır olduğunu bildirdiyi halda,/ əks nəticə veribdir.- İran rəsmisi bildirib.

Məhəmmədrza Qaibi ölkələrin nümayəndələrinə xitabən deyib: İran bu qətnamənin himayədarlarının/ yerli texniki gerçəkliklərlə heç bir əlaqəsi olmayan,/ siyasi, qeyri-peşəkar qərəzli iş gündəmindən qaynaqlanan belə bir yolun gedilməsi üzrə hərəkətindən son dərəcə təəssüf ifadə edir və himayədar ölkələrin nüvə anlaşması altında olan öhdəliklərinə əməl edəcəkləri və şəraiti daha da mürəkkəbləşdirməyəcəkləri gözlənilir.

Qaibi həmçinin İranla agentlik arasındakı əməkdaşlıqların hazırkı səviyyəsinin bir numunə olduğunu və nüvə anlaşmasının bərpası üzrə yekun müzakirələrin davam etdiyini bildirib. Xatırladıb ki, belə bir geniş həmkarlığın və nüvə anlaşmasının taleyinin qoruyucusu olmaları məsuliyyəti direktorlar şurasının və onun üzvlərinin üzərinə düşür.

Qətnamənin qəbul olunması belə bir müddəanın isbatına şahidlik edir ki, bəzi ölkələrin təzyiqləri və siyasi amalları agentliyin işinin texniki cəhəti üzərində qalib gəlib- deyən Qaibi əlavə edib: Bu qətnamə, nüvə silahlarının yayılmaması rejimi və müahidə sistemində agentliyin etibarı və tamlığı üçün bir həyəcan siqnalıdır. Bu qətnamə həmçinin göstərir ki, müahidələr sahəsində agentliklə geniş və sədaqətli əməkdaşlıq,/ bəzi ölkələrin siyasi iradələri və təzyiqləri qarşısında zəiflədilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button