ArxivFatimi yaşayişIslammədəniyyatSosialXəbər lentiXəbərlər

İrandan ABŞ-a: Biz qadınlardan qisas almırıq

 İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) komandanı Hüseyn Səlami ABŞ-ın səsləndirdiyi iddialara cavab verib.

Xatırladaq ki, bir müddət öncə yayılan məlumatda iddia edilirdi ki, guya, İran general Qasim Süleymaninin qətlinə cavab olaraq ABŞ-ın CAR-dakı qadın səfirini Lana Marksı öldürmək istəyir. İran XİN rəsmisi Səid Xətibzadə bildirib ki, bu iddialar əsassızdır və eyni zamanda qeyd edib ki, İran general Süleymaninin “qorxaqcasına qətlini” unutmayacaq və bağışlamayacaq.

Səlami deyib ki, iranlı generalın qisasının hədəfi yalnız onun qətlində iştirak edənlərdir.

“Cənab Tramp, bizim böyük generalımızın qisası real və ciddidir. Siz düşünürsünüz ki, qardaşımız və şəhidimizin qanının əvəzində qadına, CAR-dakı səfirə zərbə endirəcəyik? Biz birbaşa və ya dolayı yolla həmin böyük insanın qətlində iştirak edənləri vuracağıq”, – deyə o bildirib.

Qeyd edək ki, daha öncə Qasim Süleymaniyə qarşı hücum əməliyyatının hazırlanmasında iştirak edən insanların siyahısı hazırlanmışdı. 30-dan çox insanın adının olduğu siyahıda ABŞ və digər ölkələrin siyasi və hərbi xadimləri, həmçinin də ABŞ prezidenti Donald Tramp da var idi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button