ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İranda qatar qəzasının səbəbi açıqlanıb

Məşhəd-Yəzd sərnişin qatarının relsdən çıxmasının səbəbləri ilə bağlı araşdırma hələ də davam edir.

bunu Qəzalar üzrə Ali Komissiyanın sədri Məhəmməd Həsən İsmaili bildirib. 

Onun sözlərinə görə, ekskavator sürücüsünün naməlum səbəbdən nəqliyyat vasitəsini dəmir yolundan təhlükəsiz məsafədə saxlamaması hadisəyə səbəb olub.

Dəmir yolu podratçısı rels sistemini bərpa edib və bu səbəbdən hadisə yerində ekskavator olub. Ekskavatorun sürücüsü ağır vəziyyətdədir və hadisənin necə baş verdiyini izah edə bilmir. Ekskavator sürücüsünün dəmir yolu relslərindən üç metrlik təhlükəsiz məsafə saxlamamasının səbəbləri ilə bağlı araşdırma hələ də davam edir.

Bu gün Yəzddə bir günlük matəm elan edilib. Bu günə qədər insident nəticəsində azı 22 nəfər həlak olub, onlarla insan yaralanıb, onlardan bəzilərinin vəziyyəti ağırdır. Məhkəmə orqanları ölümlə nəticələnən qəza ilə bağlı 6 nəfəri dindirib və məhkəməyə verib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button