İranda İsrail Kəşfiyyatı ilə əlaqəli olan dörd nəfər edam edilib.
Bildirilib ki, yay aylarında ələ keçirilən bir sıra quldurluq və soyğunçuluq kimi cinayətləri törətmiş şəxslərin İsrail Kəşfiyyatı ilə də əlaqəli olduğu məlum edilib.
Onlar sifariş əsasında öncədən müəyyən edilmiş hökumətə yaxın şəxsləri oğurlayaraq, onlardan etiraflar və məlumatlar alır, görüntülərini çəkərək, göstəriş aldıqları İsrail Kəşfiyyatının nümayəndəsinə göndəriblər.
Sonuncu dəfə hökumət adamları və təhlükəsizlik qüvvələri üzvlərinin evlərinə və əmlakına hücum, habelə sui-qəsd həyata keçirən zaman ələ keçiblər.
Qrupun dörd üzvü edama məhkum edilib və edam ötən gün icra edilib. Qrupun digər üzvləri 15 il müddətindən azadlıqdan məhrum edilib.