ArxivXəbər lentiXəbərlər

Sarkisyan Ərdoğanın dəvətinə “yox” dedi

Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 24 aprel 2015-ci ildə Çanaqqala qələbəsinin 100 illiyini qeyd edilməsi münasibətilə təşkil olunacaq bayram şənliklərində iştirak etmək dəvətini rədd edib.
Sarkisyan məktubunda Çanaqqala döyüşündə iştirak edən ermənilərin xidmətini göstərməklə yanaşı, 1915-ci ildə ermənilərin “soyqırım”a məruz qaldığını və bunun Osmanlı tərəfindən planlaşdırıldığını göstərib.
Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə aprelin 24-də Çanaqqala döyüşündə qazanılmış qələbənin 100 illiyinin qeyd ediləcəyini bildirib./ans

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button