ArxivQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran yük maşınlarının Qarabağa qanunsuz girişinə qadağa qoydu

İran öz nəqliyyat daşıyıcı şirkətlərinin Azərbaycan Respublikasının Qarabağ və Laçın bölgələrinə qanunsuz daxil olmasına qadağa qoydu.

Qafqaz.ir  TASNİM-ə istinadən xəbər verir ki, bu barədə İran Yol Təşkilatının Beynəlxalq Tranzit və Nəqliyyat Ofisinin baş direktoru Cavad Hidayəti tərəfindən qərar imzalanıb.

Qərarda bildirilib ki, Azərbaycan Respublikası ərazisinə rəsmi sərhədlər xaricində hər hansı bir giriş bu ölkənin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilir:

“Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət etmək və həssaslıq yaradacaq halların qarşısının alınması üçün İranlı sürücülərin və vətəndaşların Ermənistan Respublikası vasitəsi ilə Laçın şəhərinə və Dağlıq Qarabağ bölgəsinə girməsi qadağan olunur. Beynəlxalq nəqliyyat şirkətləri də Dağlıq Qarabağ bölgəsi ilə hər hansı bir ticarət müqaviləsi imzalamaqdan, göndərmə sənədləri verməkdən, yük göndərmək və boşaltmaqdan və bu kimi şeylərdən çəkinməlidir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button