ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran XİN: Son günlərdə Azərbaycan tərəfindən müsbət mesajlar almışıq

“Son günlərdə Azərbaycan rəsmiləri ilə ikitərəfli danışıqlarda müsbət mesajlar almışıq. Ümidvarıq, bu müsbət ritorikaya uyğun olaraq lazımi addımlar atılacaq.”
Qafqaz.ir xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani deyib.
İran XİN mətbuat katibi İranla Azərbaycan arasında son gərginliklərlə bağlı bunları deyib:
“Qonşularla, xüsusilə də Azərbaycan Respublikası ilə ikitərəfli əlaqələrdə bizim əsas prinsipimiz qarşılıqlı hörmət, münasibətlərin və ikitərəfli əməkdaşlığın genişləndirilməsidir…Son ildə bizim əlaqələrimiz yüksələn templə münasibətləri və əməkdaşlığı möhkəmləndirmək istiqamətində gedib. Eyni zamanda bir sıra məsələlər ortaya çıxır ki, təəssüflər olsun ki, birgə siyasi iradənin əksinə olur. İranın addımlarının əsası budur ki, müştərək mənafe və mövzular üzərində köklənməyə çalışır…İxtilaflı mövzularla və anlaşılmazlıqlarla bağlı gərək tribunadan danışmayaq və medianı da dostluq üçün bir fürsət bilməliyik. Biz Azərbaycan hökumətinin diqqətini ortaq məsələlərə, anlaşılmazlıqların qarşısını ikitərəfli danışıqlarla ala biləcəyimizə, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məsələsinə cəlb etmişik. Son günlərdə Azərbaycan tərəfindən müsbət mesajlar almışıq. ”, deyə İran XİN sözçüsü bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button