ArxivIslamŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran XİN: Şimal-Cənub dəhlizinin inkişafı İran, Rusiya və Azərbaycan üçün vacibdir

İran, Azərbaycan və Rusiya Şimal-Cənub Beynəlxalq dəhlizinin üzvləridir və bu gün qlobal proseslərə, xüsusən də Ukraynada baş verənlərə görə, beynəlxalq marşrutlarda yüklərin və enerji daşınması ilə bağlı mövcud problemlər Şimal-Cənub dəhlizinin əhəmiyyətini bir daha göstərib.

“Bu gün region və regiondan kənar ölkələrdə bu dəhlizdən tranzit məqsədlər üçün istifadə etməkdə ciddi qətiyyət var və ona görə də bu marşrutun inkişafı həm İran, həm Azərbaycan, həm də Rusiya üçün vacibdir”.

O qeyd edib ki, Bakıda keçirilməsi planlaşdırılan görüşdə bu dəhlizlə bağlı məsələlər müzakirə olunacaq və bu marşrutdan istifadənin inkişafı ilə bağlı birgə razılaşmalar əldə olunacaq.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İran və Azərbaycan hakimiyyəti arasında ümumi siyasi iradənin mövcud olduğunu deyib.

“Bu gün iki ölkənin hörmətli prezidentləri, nazirləri və digər rəsmilərinin siyasi iradəsi sayəsində iki ölkə arasında əlaqələr, əməkdaşlıq mühiti ən yüksək səviyyədə qurulub və günü-gündən inkişaf edir. Azərbaycanla İranın nümayəndə heyətləri arasında siyasi və hərbi təhlükəsizlik sahələrində müxtəlif səviyyələrdə müzakirələr aparılıb, iqtisadi əlaqələr möhkəmlənib”.

N.Kənani bildirib ki, Cənubi Qafqazda baş verən proseslər İran üçün həmişə mühüm olub və ölkə öz mövqeyini ən yüksək səviyyədə aydın şəkildə bəyan edib.

O qeyd edib ki, İran Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasına kömək edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button