ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Əliyev İranla əlaqələrin daha da möhkəmlənəcəyini vurğulayıb

\Azərbaycan Respublikasının prezidenti İran İslam Respublikasının Aliməqamlı Rəhbərinə müraciətində onu və İran xalqını Novruz bayramı münasibətilə təbrik edib.

təbrik məktubunda deyilir:

İran İslam Respublikasının Ali Rəhbəri Zati-aliləri Ayətullah Seyid Əli Xameneiyə

Həzrət Ayətullah Xamenei,

Novruz bayramı münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından şəxsən ürəkdən təbrik edirəm.

Ən yüksək ümumbəşəri dəyərləri özündə daşıyan Novruz bayramı insanları xeyirxah işlərə, qarşılıqlı anlaşmaya dəstək olmağa və həmrəyliyə səsləyir. Əminəm ki, qədim Novruz adət-ənənələrini bu gün yaşadan xalqımızın rifahı naminə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq, mehriban qonşuluq və əməkdaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu mübarək bayramda Zati-alinizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş ölkəniz İran xalqına isə böyük bərəkət və firavanlıq arzulayıram.

Hörmətlə

İlham Əliyev

Azərbaycan Respublikasının prezidenti

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button