ArxivIslamXəbər lentiXəbərlər

Politoloqlar Myanmar hadisələrini FaktXəbər-ə şərh etdilər

Bu günlərdə dünya mediasında ən çox müzakirə mövzularından biri Myanmar faciəsidir. Myanmar ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan bölgəsində yerli müsəlmanlara hücumları nəticəsində çoxlu sayda müsəlman öldürülüb, onlarla kənd yandırılıb, on minlərlə müsəlman təhlükəsizlik məqsədilə bölgədən qaçmağa çalışır.

Sözügedən məsələ ilə əlaqədar FaktXəbər Milli Şuranın üzvü Gültəkin Hacıbəyli və politoloq Zərdüşt Əlizadədənin münasibətini öyrənib.

Gültəkin Hacıbəyli Myanmar hadisələrindən danışarkən bunu insanlığa qarşı cinayət adlandırdı: “İnsanların kütləvi şəkildə qətlə yetirilməsi, onlara qarşı bu qədər vəhşicəsinə davranmaq heç bir dövlətə başucalığı gətirmir. Müsəlmanlara qarşı bu soyqırımı böyük ürəkağrısı ilə izləyirik. Təəssüf ki, beynəlxalq ictimaiyyətin reaksiyası adekvat deyil. Böyük Britaniyanın tələbi ilə BMT TŞ çağırıldı, ancaq Myanmarla bağlı ciddi qərarların qəbul olunmasına Rusiya veto hüququndan istifadə etməklə əngəllədi. Eyni zamanda Çin bu məsələdə konstruktiv mövqedən çıxış etmir. Ümumiyyətlə, çox utancverici bir hadisədir. Böyük təəssüflə demək istəyirəm ki, müsəlman dünyasının da reaksiyası adekvat deyil, müsəlman qardaşlığından, birliyindən danışan kifayət qədər zəngin ölkələrin böyük əksəriyyəti təəssüf ki, bu məsələyə adekvat reaksiya vermədi.”

Politoloqun sözlərinə görə, yəni XXI əsrdə insanları etnik mənsubiyyətinə görə soyqırıma məruz qoyurlarsa, bu dünyanın utancı, dünyanın faciəsidir.

Myanmar faciəsi sosial şəbəkələrdə də birmənalı qarşılanmayıb: Bəziləri bu qətliam barədə foto, video paylaşarkən, digərləri şəkillərin köhnə, məlumatların şişirdilmiş olduğunu deyirlər.

“Myanmarda faciə baş verir. Bu,birmənalı olaraq belədir. Bunu danmaq mümkün deyil. İnsanlar kütləvi şəkildə təqiblərə məruz qalırlar”, – deyən politoloq hətta mən bunu soyqırım adlandırdığını söylədi. Ancaq bunu da vurğuladı ki, kimlərsə bu hadisələri daha fərqli formada təqdim etmək istəyirlər: “Burda fərdi maraqlar da ola bilər.”

Gültəkin Hacıbəyli xatırlatdı ki, Myanmar rəhbərliyi tərəfindən müsəlmanlara qarşı bu etnik təmizlənmə mütəmadi olaraq baş verir: “Hətta çox öncələrdən, bu ölkə Birma adlandırıldığı dövrlərdə belə, burda müsəlmanlara qarşı daim qəddar davranılıb, dini mənsubiyyətinə görə insanlar qətlə yetirilib. Bu baxımdan insanlarda tərəfkeşlik də ola bilər, kimsə daha aqressiv formada cinayətləri təqdim etməklə dünya ictimaiyyətinin diqqətini cəlb etmək istəyər.”

“Bununla belə, qeyd edək ki, dünya siyasətinin ən həssas, ən gərgin yerlərindən Myanmarda daxili qarşıdurma var: Qərblə şərqin qarşıdurması. Bura keçmiş xuntanın, Çinə bağlı olan qüvvələrin kifayət qədər güclü olduğu cəmiyyətdir, eyni zamanda prezident uzun illər demokratiya uğrunda mübarizə aparan, demokratik yolla seçilən Nobel mükafatçısı Aunq San Su Çjidir. Ölkə faktiki olaraq ikiyə parçalanıb. Bundan başqa nəzərə alaq ki, prezident Qərb meyllidir, Qərblə əməkdaşlığın tərəfdarıdır və iqtisadi sistemini də Qərbə inteqrasiya etdirir, qarşı tərəf isə ölkənin inkişafını daha çox Çinlə əlaqələrdə görür. Bu qarşıdurma həmin soyqırıma gətirən hallardan biri kimi xarakterizə oluna bilər.  Tərəflər bu hadisəni dünyaya daha fərqli şəkildə təqdim etməkdə maraqlı ola bilərlər», – deyə Gültəkin Hacıbəyli sözlərini bitirib.

Politoloq Zərdüşt Əlizadə də Myanmarda böyük insan faciəsi baş verdiyini, etniki, dini qrupu məhv edildiyini bildirib: “Amma bunun tarixçəsi var. Rohinqyanı Birmaya ingilis müstəmləkəçilər özlərinə dəstək üçün köçürüb. O vilayətdə rohinqiyalılar artıq etnik-dini çoxluq təşkil edirdi. Sonradan İkinci Dünya müharibəsi vaxtı birmalılar buddist Yaponiyanın, müsəlmanlar isə ingilislərin tərəfində idilər. Birmanın müstəqilliyindən sonra rohinqiyadan çıxana qədər birmalılara qarşı istifadə edirdilər.”

Siyasətçi bu qırğında neft məsələsinin böyük rol oynadığını vurğuladı: “Həmin ştatda neft də tapıldı, təbii ki, orda böyük pullar var. Yerli rohinqiyalılar pulu Birmaya vermək istəmirdilər, özlərinə götürmək istəyirdilər. Ona görə də milli azadlıq mübarizəsi bayrağını qaldırdılar. Birma buddistləri, hərbi sosialist rəhbərliyi də yalnız silahlılara təzyiq etmək əvəzinə bütün millətə təzyiqə başladılar, etnik, dini təmizlənmələr başladılar.”

Zərdüşt Əlizadə bu məsələnin kökündə ölkələrin maraqlarının və yerli insanların vəhşiliyi durduğunu dedi: “Bu məsələni qırmaq, öldürmək vasitəsilə yox, başqa yolla da həll etmək olardı, amma adət-ənənələri, vərdişləri vadar edir ki, onlar yalnız və yalnız zorakılıq üsuluna üz tuturlar.”

Çin məsələsində gəldikdə isə politoloq bildirdi ki, Pekin bu məsələyə çox soyuqqanlı yanaşır, çünki orda neft kəmərləri keçir: “Həm də ki, Cənub-şərqi Asiyada müsəlmanların zorla əzilməsi presedenti yaranır. Bu da imkan verir ki, müsəlman uyğurları eynilə əzsin.”

“Çin strateji baxışın sahibir. Bir hadisəyə baxanda üzdəki ləkəni deyil, axını götürmək lazımdır. Bəli, Çin gözəl bilir ki, Birma rəhbərliyi Qərbə inteqrasiyanı elan edib. Amma Birma harada, hansı bölgədə yerləşir? Çinin yaxınlığında. Bu səbəbdən Pekin əmindir ki, Birma heç cür onun təsir dairəsindən çıxa bilməyəcək. Amma rohinqiya müsəlmanların əzilməsi Çinə imkan verir ki, gələcəkdə uyğurların əzilməsini, Uyğurustanın çinləşdirilməsini davam eləsin və “bir dəstə imtiyaz aşiqi”nin bayrağı ilə böyük ölkəni parçalamağa imkan verməsin”, – deyə Zərdüşt son olaraq bildirdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button