ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran xalqının Şarli Ebdo nəşrinə qarşı yürüşlərinin yekun qətnaməsi

 

İran xalqı fransız “Şarli Hebdo” jurnalının hörmətsiz hərəkətinə qarşı yürüşünün yekun qətnaməsində imperializm düşərgəsinin şiələrin dini mərcəiyyəti, vilayəti və İslam dininin müqəddəsliyinə qarşı həyasızcasına hərəkətini pisləyib.
 İranın müxtəlif şəhərlərinin əhalisi bu gün cümə namazından sonra fransız “Şarli Hebdo” jurnalının mərcəiyyətə və islami müqəddəslərə qarşı hörmətsizliyini pisləmək istiqamətində yürüş keçirib. Yürüş iştirakçıları yekdilliklə bu kimi hərəkətlərə qarşı hiddət və nifrət ifadə ediblər.
 Beynəlxalq karikatura müsabiqəsi elan etmiş “Şarli Hebdo” jurnalı öz alçaq hərəkətlərinin davamında yanvarın dördündə öz xüsusi buraxılışını bu məsələyə ayırıb. Sözügedən fransız nəşr çirkin və təhqiramiz söz və ifadələrlə yanaşı, son dərəcə hörmətsiz şəkillər dərc edibdir.
İran xalqının “Şarli Hebdo” jurnalının hörmətsiz hərəkətinə qarşı yürüşünün yekun qətnaməsində deyilir: Yaramaz fransız nəşrin bu əbəs hərəkəti Qərb mədəniyyətinin solğunluğu, təfəkkür çıxılmazlığı, zəifliyi, çarəsizliyi, əxlaq və mənəviyyatının məğlubiyyəti və dağılmasının nişanəsidir.
Qətnamədə sonra vurğulanır: “Şarli Hebdo” jurnalının hörmətsiz hərəkəti,/ qərblilərin azadlıq kimi müqəddəs addan insanlığa zidd və yanlış tərcümələri,/ ilahi dəyərlər və dinlərlə tərslikləri,/ İslam dininə və islami dəyərlərə inanan mömin və sayıq bir xalqın müqaviməti və İslamın həyatverici məktəbinin nuraniliyi və əzəmətindən əsəbi olmaıarından xəbər verir. Bu alçaq hərəkət/ ilahi dəyərləri, mənəviyyatı və dini/ çaş-baş qalmış müasir insanın itirdiyi məsələlər hesab edən dünya azadlıqsevərləri və müsəlmanlar tərəfindən pislənir.
Bu gün İranın müxtəlif şəhərlərində keçirilən cümə namazı mərasimlərinin iştirakçıları Qərb ölkələrinin, xüsusən Fransa, İngiltərə və Almaniyanın İranın daxili işlərinə qarışmaları və iğtişaşçılara dəstək vermələrini pisləyiblər. Onlar İran Xarici İşlər Nazirliyindən istəyiblər ki, fransız nəşrin alçaq hərəkətinin əvəzinin çıxılması və bu həyasız hərəkətin amilləri və hamilərinin üzrxahlıq etmələri üçün mümkün olan bütün qanuni və hüquqi yollardan istifadə etsin.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button