ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
İran xalqı Qəzzə uşaqlarına dəstək aksiyası keçirir
Əl Aləm telekanalının məlumatına əsasən, hal-hazırda İranın müxtəlif şəhərlərində Qəzzənin məzlum körpələri və Fələstin xalqına dəstək məqsədilə aksiya və yürüşlər keçirilir.
Bu aksiya yerli vaxtla saat 15:00-da başlayıb. Tehran şəhərində bu aksiya İnqilab Meydanında keçirilməkdədir və bu aksiyada İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) komandiri general-mayor Hüseyn Salami çıxış edir.
Xatırladaq ki, oktyabrın 7-də sionist rejimin Qəzzə zolağına hücumlarında 12 mindən çox insan şəhid olub və 32 min nəfər yaralanıb. Şəhidlərin 5 min nəfəri uşaqlar və 3155 nəfəri isə qadındır. 3750 nəfər isə itkin düşüb. Həlak olanlar arasında xarici vətəndaşlar və jurnalistlər də var.