ArxivXəbər lentiXəbərlər

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidentiVladimir Putinə telefonla zəng edib.
qafqaz.ir  APA-ya istinadən məlumatına görə, dövlət başçısı Vladimir Putini Rusiya Federasiyasının prezidenti vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib, ona Rusiya xalqının firavanlığı naminə fəaliyyətində yeni uğurlar arzulayıb.
Dövlət başçısı, eyni zamanda, Rusiya prezidentinə qarşıdan gələn 9 May – Qələbə günü münasibətilə təbriklərini çatdırıb.
Prezident Vladimir Putin təbrikə və göstərilən diqqətə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib və öz növbəsində dövlətimizin başçısını qarşıdan gələn 9 May – Qələbə günü münasibətilə təbrik edib.
Prezident İlham Əliyev təbrikə görə təşəkkür edib.
Söhbət zamanı dövlət başçıları Azərbaycan-Rusiya strateji tərəfdaşlıq əlaqələrinin uğurlu inkişafını qeyd edib, ikitərəfli münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button