ArxivXəbər lentiXəbərlər

Azərbaycan İranda dəmir yolunun inşası üçün kredit verəcək

“Rusiya da bu layihədə iştirak etmək istəyir”.

“Hazırda iranlı həmkarlarla Rəşt-Astara üzrə danışıqlar aparılır. Azərbaycan Astara-Rəşt yolunun inşası üçün İrana kredit verəcək”.
“Report”un verdiyi xəbərə görə, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu” mövzusunda Bakıda keçirilən biznes forumunda çıxışında bildirib.
“Rusiya da bu layihədə iştirak etmək istəyir. Amma bunu müzakirə edəcəyik”, – deyə C.Qurbanov qeyd edib.
“Azərbaycan Dəmir Yolları”nın rəhbəri əlavə edib ki, Bakıda bu forumun keçirilməsində məqsəd qarşılıqlı investisiya imkanlarını araşdırmaqdır. Tədbirdə ikitərəfli protokol və memorandum imzalanacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button