AktualAktualArxivmədəniyyatSONXƏBƏRLƏRSosialtahlil va magaleXəbər lentiXəbərlər

İran və Azərbaycan Respublikası münasibətlərinin tarixinə bir baxış – TƏHLİL

 

Azərbaycan Respublikasının rəsmiləri və mediasında İranın azəri bölgələri ilə bağlı açıq şəkildə ilhaqçı ifadə var, rəsmi Bakı İslam Respublikasının həssaslığından xəbərdar olmasına baxmayaraq sionist rejim olan İsraillə əməkdaşlığı gücləndirir, islamçı fəallar İrana yaxın olmaqda ittiham edilərək sıxışdırılır və Azərbaycan Respublikasından ölkəyə ağır kimlik hücumu edilir.
Qafqaz Həqiqətləri İnformasiya Agentliyi – Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə şəxsi motivlərlə silahlı basqın, sonda səfirliyin binasının boşaldılması və onun fəaliyyətinin rəsmi Bakı tərəfdən dayandırılması ilə nəticələndi.
Təqribən son iki il yarım ərzində, 2020-ci ildə İkinci Qarabağ müharibəsindən və bu müharibədən sonra baş verən proseslər Cənubi Qafqaz regionuna, İranın regionla münasibətlərinə, xüsusilə də İran və Azərbaycan Respublikası arasındakı münasibətlərə çox diqqət yetirilib.
Bakı rəsmilərinin və mediasının ölkəmizə qarşı sərt ritorikası, Bakı hökumətinin sionist rejim olan İsraillə geniş və inkaredilməz münasibətləri, terrorçu-təkfirçi qüvvələrin bu ölkədə mövcudluğu, İran və Ermənistan Respublikası arasındakı sərhədi ləğv edən xülya Zəngəzur dəhlizi layihəsini tamamlamağa çalışmaq və son zamanlar pıçıldanan ciddi ehtimal edilən münafiqlərin Azərbaycan Respublikasında olması, bu müddət ərzində Tehran-Bakı münasibətlərinə təsir edən yeni məsələlərdir.
İran və Azərbaycan Respublikası arasında münasibətlərin başlaması 30 ildən çox əvvələ, Sovet İttifaqının dağılması və 15 yeni respublikanın yaranmasına təsadüf edir. İranın şimaldakı qonşuluğu dəyişdi və üç yeni yaradılmış Türkmənistan, Azərbaycan və Ermənistan respublikaları ölkəmizlə həmsərhəd oldular. Yaranmış fürsətlərə baxmayaraq, bu dəyişikliklər İranla qonşuluqda – Mərkəzi Asiya və Qafqaz regionunda ciddi problemlər də yaratdı ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı Dağlıq Qarabağ müharibəsi, habelə Dağlıq Qarabağda yaşayan erməni döyüşçüləri bu problemlərin ən mühümü hesab edilə bilər.
Əhalisinin əksəriyyətinin erməni olmasına baxmayaraq, Qarabağ bölgəsi Sovet İttifaqının ərazi bölgüsündə Azərbaycan Sovet Sosialist Respublikasının siyasi quruluşunda muxtar respublika kimi göstərilirdi; Həmçinin Naxçıvan Muxtar Respublikası da quru əlaqəsinin olmamasına baxmayaraq, Azərbaycana birləşdirildi. Bu məsələ Azərbaycanla Ermənistan arasında ziddiyyətlər yaratmışdı və rəsmi Moskva Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək üçün bundan istifadə edirdi.
Sovet İttifaqının son illərində və onun zəifləməsilə ziddiyyətlərin səviyyəsi daha yüksək səviyyəyə qalxdı ki, bu da 1988-ci ildə qanlı münaqişələrə səbəb oldu. 1991-ci ildə Azərbaycan və Ermənistan respublikaları müstəqillik əldə etdikdən sonra, Qarabağ erməniləri də müstəqillik istəyirdilər və onların tələbi Ermənistan tərəfindən dəstəkləndi. Yeni müstəqillik əldə etmiş Azərbaycan parlamentinin Qarabağın muxtariyyətini ləğv etməsilə müharibə başladı.
Bu, İran İslam Respublikasının Cənubi Qafqazda ciddi və aktiv fəallığının başlanğıc nöqtəsi oldu. 1991-ci ildə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Qarabağ müharibəsində ilk vasitəçiliyi İran həyata keçirdi.
Belə bir şəraitdə Tehranda iki tərəf arasında danışıqların iki raundu baş tutub. İlkin uğura baxmayaraq, Tehrandakı görüşlər iki səbəbdən nəticə vermədi; biri qlobal güclərin təzyiqi və onların Tehranın vasitəçilik etməsini istəməməsi, belə ki, müəyyən sabotajlar etdilər; digəri isə, İran İslam Respublikasının regionun bütün incəlikləri ilə tanış olmamasıdır. Dəqiq tanınmaması səbəbindən, Tehrandakı görüşlərdə mövcud olan problem, münaqişənin üçüncü tərəfi kimi qarabağlıların təmsil olunmaması idi. Bu səbəbdən də Qarabağ erməniləri varlıqlarını sübut etmək, münaqişələrə son qoymaq üçün Tehranda atılan hər hansı siyasi imza ilə eyni vaxtda danışıqlara zərər vurmaq üçün yeni bir Qarabağ şəhərini (birinci turda Şuşanı, ikinci turda isə Laçını) işğal etdilər. Ermənistan dəfələrlə etiraf edib ki, bir çox erməni silahlı dəstələri üzərində nəzarəti yoxdur. Bu, böyük ölçüdə doğru idi.
Siyasi vasitəçiliklə yanaşı, İslam Respublikası Azərbaycan Respublikasına kömək etmək üçün bölgəyə hərbi müşavirlərini göndərdi. Bir çox ekspertlər etiraf edirlər ki, Bakının həmin dövrdə siyasi çalxalanmalar və daxili sabotajlar səbəbindən təlim keçmiş Ermənistan silahlı qüvvələrinə qarşı durmaq imkanı yox idi və əgər İranın köməyi olmasaydı, ermənilərin işğalları Qarabağ bölgəsi ilə məhdudlaşmayacaqdı. Lakin proseslərin davamında hərbi müşavirlərin də olmasının sonu yaxşı bitmədi və Azərbaycan Respublikasının siyasi məmurları onlarla düzgün rəftar etmədilər ki, bu da Tehranın regionun incəliklərinə əhəmiyyət verməməsi ilə əlaqələndirilə bilər.
İran İslam Respublikasının Cənubi Qafqaz regionunda fəal hərəkətləri bir az da davam etmədi. 1990-cı illərdə İranın Qafqaza və Orta Asiyaya strateji baxışı var idi və bu baxış 2000-ci illərin ortalarına qədər davam etdi. Lakin bu zamandan etibarən İran passivləşdi. Bu passivlik 11 və 12-ci hökumətlərdə (Həsən Ruhaninin prezidentliyi dövründə) pik həddə çatdı və buna səbəb hökumətin Qərbə tam yanaşması və İranın qonşularına, xüsusən də Cənubi Qafqaza diqqət yetirməməsi idi.
2020-ci ilin payızında İkinci Qarabağ müharibəsi zamanı hökumətin passivliyi pik həddə çatdı. Hərəkətsizlikdən əlavə, bəzən təklif olunan planlar İslam Respublikasının maraqları əvəzinə, qərblilərin və amerikalıların məqsədlərinə xidmət edir.
2021-ci ilin yayında, atəşkəs bağlandıqdan təxminən bir il sonra Azərbaycan Respublikası atəşkəs müqaviləsinin – Ermənistanın Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan arasında rabitə yollarını açmasını tələb edən – 9-cu bəndindən sui-istifadə edərək, Ermənistanın cənubunda İrəvanın nəzarət edə bilməyəcəyi Zəngəzur adlı dəhlizin yaradılmasını tələb etdi. Açığı, Bakının istəyi gerçəkləşərsə, İranla Ermənistan arasındakı sərhəd kəsiləcək və İranın Rusiya və Qara dəniz arasındakı əlaqə yolu Azərbaycan Respublikasının monopoliyasında olacaq. Həmin vaxt İranın yüksək vəzifəli şəxsləri bu geosiyasi fitnə ilə bağlı düzgün mövqe tutmuş, həmçinin silahlı qüvvələr “Xeybər fatehləri” adlı təlim keçirməklə xarici düşmənlərə və fitnəçilərə qətiyyətlə yerlərini göstərmişdilər.
Zəngəzur dəhlizi
Fitnələr artdıqca ölkə daxilində qruplaşma fəaliyyətləri güclənir ki, bunu Tehrandakı Bakı lobbisi hesab etmək lazımdır. Təəssüflər olsun ki, yuxarıdakı qrupun fəaliyyəti ölkənin bəzi məmurlarının ritorikasına da təsir göstərmiş və İranın bir çox aktiv hərəkətlərinin qarşısını almışdır.
2022-ci ilin avqustunda Azərbaycan Respublikasının Ermənistana hərbi hücumu zamanı bu ölkənin ordusu Ermənistan ərazisi daxilində dərinliyi 7,5 km, eni 8,5 km olan ərazidə irəliləmişdir. Bu hücumun baş verdiyi Qarabağın ucqar şimal-qərbindən Naxçıvana qədər cəmi 20 kilometr məsafə var.
Eyni zamanda qəribə bir hadisənin şahidi olduq. İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikasının hücumu ilə eyni vaxtda İrana gəlmişdi və bəziləri onun hazırkı hadisələrlə bağlı lazımi siyasəti qəbul etməmək üçün ölkənin yüksək vəzifəli şəxsləri ilə məsləhətləşmələr apardığına inanırdılar. Musəvinin Tehranda “intensiv məsləhətləşmələr” aparması ilə bağlı tvitləri bu şübhəni gücləndirdi. Bundan əvvəl də, Musəvi müsahibəsində İranın Zəngəzur dəhlizinin əleyhinə olmadığını açıqlamışdı! Hazırkı səfirlə yanaşı, İranın Bakıdakı keçmiş səfirlərinin əksəriyyəti də oxşar yanaşma nümayiş etdirir. Həmçinin ölkənin şimal-qərbindəki seçki dairələrindən olan bəzi deputatlar da oxşar mövqelərə malikdirlər.
Yuxarıda göstərilən tədbirlər fonunda, görünür ki, İranın şimal-qərb qonşusundan gələn mövcud təhdidlər hələ də bəzi məmurlar tərəfindən rəsmən tanınmır və sadəlövhlük hesab olunur. Məsələn, İslam Şurası məclisinin sədri Məhəmməd Baqir Qalibaf bu yaxınlarda Tehran-Bakı münasibətləri haqqında demişdi: “Bu yaxınlarda Azərbaycan Respublikası ilə anlaşılmazlıqlar qarşıya çıxmışdı ki, bu məsələlər həll olundu və mənim gələcəkdə Bakıya səfər etməyim qərara alındı.”
Son 2 ildə Bakının yaramaz davranışları ilə bağlı bəzi məmurların dilindən dəfələrlə “anlaşılmazlıq” açar sözü eşidilib. “Anlaşılmazlıq”dan istifadə etmək o deməkdir ki, iki ölkənin makro səviyyədə dostluq əlaqələri var və yalnız bəzən kiçik iğtişaşlar baş verir. Halbuki, Bakı müxtəlif sahələrdə İran İslam Respublikasının maraqlarını təhdid edir.
Sonda onu da demək lazımdır ki, Bakının Tehranla bağlı siyasəti kifayət qədər aydın görünür. Azərbaycan Respublikasının rəsmiləri və mediasında İranın azəri bölgələri ilə bağlı açıq şəkildə ilhaqçı ifadə var, rəsmi Bakı İslam Respublikasının həssaslığından xəbərdar olmasına baxmayaraq sionist rejim olan İsraillə əməkdaşlığı gücləndirir, islamçı fəallar İrana yaxın olmaqda ittiham edilərək sıxışdırılır və Azərbaycan Respublikasından ölkəyə ağır kimlik hücumu edilir. Lakin bir az diqqət etdikdə görmək olar ki, bütün bu sahələrdə İlham Əliyev hökuməti tam təşəbbüsə malik deyil və sionist rejim olan İsrail və Qərb dövlətləri tərəfindən təhrik edilir və cəsarətləndirilir.
Bu mövqedə qərar qəbul edən orqandakı bakıyönümlü lobbinin anlaşılmazlığından və nüfuzundan təsirlənən rəsmi Tehran, hələ də ölkəni indikindən daha çox zərbə altında saxlayacaq konkret siyasət yürütmür. Məsələn, (Ali Milli Təhlükəsizlik Şurasının Katibliyinə bağlı) “Noor News”un Şahçıraq ziyarətgahına hücum edən terrorçuların Azərbaycan pasportları ilə bağlı açıqlamasını qeyd etmək olar.
Noor News tvitində dolayısı ilə İranın bu məsələyə reaksiya vermədiyini və buna məhəl qoymadığını iddia edib. Bundan əvvəl də Azərbaycan Respublikasından İranın nüvə və hava obyektlərinə qarşı təxribat hücumları lazımi cavab tədbirləri ilə müşayiət olunmurdu. İndiyədək sionist rejim olan İsraillə əlaqələrlə bağlı Bakıya qarşılıq ödətmək üçün heç bir xüsusi tədbir görülməyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button