ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

“İran və Azərbaycan dost, qardaş, müsəlman ölkələrdir”

İran və Azərbaycan dost və qardaş ölkələrdir.

Qafqaz.ir-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İran televiziyasına deyib.

S.A.Musəvinin sözlərinə görə, son iki ay ərzində iki ölkə arasında müxtəlif səviyyələrdə qarşılıqlı rəsmi səfərlər həyata keçirilib. Bu səfərlər çərçivəsində müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin inkişaf etdirilməsinə dair müzakirələr aparılıb. Məqsəd iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi və inkişaf etdirilməsidir.

“İran və Azərbaycan hər zaman qarşılıqlı əlaqədən məmnun olublar və həmişə bir-birlərinə hörmət ediblər”, – səfir qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button