ArxivXəbər lentiXəbərlər

Hizbullah İslam dünyasının fəxridir

Dünya müsəlmanları Hizbullahı daim dəstəkləyir və etiraf edirlər ki, bu qrupun İslam dünyasının şərəf və ləyaqətini qorumaqda böyük rolu vardır.

İslaminSesi İran səfirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki bunu səfir Möhsün Pak-Ayin KƏT-ə üzv olan ərəb ölkələri tərəfindən Hizbullahın terror təşkilatı adlandırılmasına münasibət bildirərkən deyib

Möhsün Pakayin İranın Azərbaycandakı səfiri mətbuata açıqlamasında dedi: Livan “Hizbullah”ı İslam dünyasının fəxridir. Bəzi ərəb ölkələri tərəfindən “Hizbullah”ın terrorist qrup adlandırılması siyasi bir addımdır və bu, yalnız sionist rejimini sevindirir.

Pakayin Hizbullah müqavimət hərəkatının sionist rejiminə qarşı müqavimətinə və terrorçuluqla hərtərəfli mübarizəsinə işarə edərək əlavə etdi: Dünya müsəlmanları “Hizbullah”ı daim dəstəkləyir və etiraf edirlər ki, bu qrupun İslam dünyasının şərəf və ləyaqətini qorumaqda böyük rolu vardır.

Səfir daha sonra bildirdi: “Hizbullah”ın zəiflədilməsi bəzi qərb və region ölkələri tərəfindən yaradılan və dəstəklənən terrorçu qrupların mənafeyinə xidmət edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button