İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian telefon danışığında beynəlxalq ictimaiyyəti İsrailin Qəzzə zolağı və İordan çayının qərb sahilində Fələstin xalqına qarşı cinayətkar əməllərinə son qoymaq üçün daha ciddi səy göstərməyə çağırıb.
Öz növbəsində, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya və İran Fələstində, xüsusən də Qəzzədəki kritik vəziyyətlə bağlı ortaq mövqedədir.
Eyni zamanda Hüseyn Əmir-Abdullahian cümə günü britaniyalı həmkarı Ceyms Kleverly ilə telefon danışığı aparıb.
Bu telefon danışığında İranın xarici işlər naziri Britaniyanı Qərbi Asiya regionunda baş verən hadisələrə “real” yanaşmağa çağırıb və xatırladıb ki, Fələstindəki böhran İsrail rejiminin işğalından qaynaqlanır.
Əmir-Abdullahian İsrail rejiminin Qəzzə zolağına qarşı davam edən müharibəsini dərhal dayandırmağa və Fələstin ərazisinə humanitar yardımların geniş şəkildə çatdırılmasına çağırıb.
İsrailin Qəzzə zolağına həyata keçirdiyi soyqırımın 28-ci günündə, cümə günü ölənlərin sayı 3826-sı uşaq və 2405-dən çoxu qadın olmaqla azı 9227 nəfər olub. Ən azı 23 516 nəfər yaralanıb.