ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran və Rusiya qarşılıqlı ticarətdə dollardan tam imtina etdi

Tehran və Moskva qarşılıqlı hesablaşmalarda dollardan tam imtina edib.

Qafqaz.ir TASS-a istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikası Mərkəzi Bankının başçısı Reza Fərzin məlumat verib.

“Biz Rusiya ilə valyuta sazişi bağladıq və dolları tam istisna etmişik. Artıq yalnız rubl və rial ilə ticarət edirik“, – deyə o qeyd edib.

Onun sözləroinə görə, İran və Rusiyanın maliyyə qurumları valyuta kursuna dair razılıqlara nail olublar. Bu razılıqlar isə xarici ticarət əməliyyatları zamanı tətbiq ediləcək.

Xatırladaq ki, 21 oktyabrda Kremldən bildirilmişdi ki, iki ölkə arasındakı qarşılıqlı hesablaşmalar zamanı milli valyutalardan istifadənin həcmi 96 faiz təşkil edir. Göründüyü kimi, qısa müddətdə 4 faizlik hissəni də yerli pul vahidləri tutub.

HƏMÇİNİN OXU: “Mir” ödəmə sistemi İranın “Shetab” sisteminə qoşulub

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button