ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Hərbi qulluqçunun intihar etdiyi deyilir

Hadisə ilə bağlı cinayət işi açılıb

 

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının hərbi qulluqçusu Kənan Cəfərovun intihar etdiyi bildirilir.

Bu barədə məlumat yayan Hərbi Prokurorluğun mətbuat xidməti Kənan Cəfərovun odlu silahdan özünə xəsarət yetirməsi barədə Bakı Hərbi Prokurorluğuna məlumat daxil olduğunu qeyd edib.

“Məlumat əsasında Bakı Hərbi Prokurorluğunun və Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları hadisə yerinə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib”.

Mətbuat xidməti bildirib ki, fakt üzrə Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button