ArxivXəbər lentiXəbərlər

Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın ilk iclası Bakıda keçiriləcək

Bu barədə komissiyanın Gürcüstan tərəfindən olan sədri, xarici işlər nazirinin müavini Laşa Darsalia azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib
qafqaz.az/ Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın ilk iclası Bakıda keçiriləcək”. Bu barədə komissiyanın Gürcüstan tərəfindən olan sədri, xarici işlər nazirinin müavini Laşa Darsalia azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.
O, mayın 14-də Bakıya səfər edəcəyini bildirib: “Mayın 15-də komissiyanın ilk iclası baş tutacaq. Mən azərbaycanlı həmkarımla görüşəcəm. Biz çətin, lakin həlli mümkün olacaq məsələni müzakirə edəcəyik”.
L.Darsalia qeyd edib ki, hazırkı mərhələdə Gürcüstan tərəfindən komissiyada dövlət qurumları ekspertlər səviyyəsində təmsil olunublar.
XİN rəsmisi bildirib ki, Gürcüstan-Azərbaycan münasibətlərində heç bir problem yoxdur: “Ölkələr arasında müzakirə olunan məsələlər var. Əminəm ki, hər iki ölkə bir-birinin maraqlarını nəzərə alaraq, istənilən məsələni yoluna qoya bilər”.
Qeyd edək ki, Gürcüstan hökumətinin bugünkü iclasında Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası üzrə komissiyanın tərkibi təsdiqlənib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button