ArxivIslamXəbər lentiXəbərlər

“Fatimeyi-Zəhra” məscidi, ikinci Qədr gecəsindən görüntülər – FOTO

Azərbaycanda iyunun 15-dən 16-na keçən gecə Ramazan ayının ikinci Əhya gecəsi qeyd olunub.

Bakıdakı “Fatimeyi-Zəhra” məscidinə toplaşan inanclı insanlar bu gecə münasibətilə ibadət edərək dualar oxuyublar, məscidin imam-camaatı Ramil Bədəlov Ramazan ayının və Qədr gecəsinin fəzilətlərindən danışıb.

Qədr gecəsi Allahın kitabı Qurani-Kərimin nazil olduğu gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Lakin Qədr gecəsinin konkret hansı gecə olması məlum deyil. Ona görə də hər il Ramazan ayının 19, 21, 23-cü gecələri Qədr gecəsi kimi qeyd edilir, müsəlmanlar əhya saxlayırlar. 

Qədr gecəsində səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır.

Ramazan ayının üçüncü Qədr gecəsi iyunun 17-dən 18-nə keçən geçən qeyd olunacaq./faktxəbər/

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button