Sepah-ın quru qoşunlarının Kirmanda keçirilən taktiki hərbi təlimlərində çıxış edən general-mayor pasdar Məhəmməd Baqiri sözügedən qoşunların bu təlimlərdəki hazırlığını yüksək dəyərləndirib.
Bu təlimlər silahlı qüvvələrin qüdrətinin sərgilənən kiçik bir hissəsidir və qəti şəkildə/ İran İslam Respublikasının hərbi qüvvələrinin real bacarığı döyüş səhnəsində məlum olacaq- deyən İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vurğulayıb: İran xalqı əmin olsun ki, silahlı qüvvələr ölkənin təhlükəsizliyinin təmini sahəsində azacıq da olsa, qəflətə qapılmayacaq və səhlənkarlıq etməyəcək. Əgər düşmənlər bilsələr ki, öz vəzifələrimizi yerinə yetirməkdə azacıq da olsa, səhlənkarlıq etmişik, İrana hücum etməkdə fürsəti əldən verməzlər.