ArxivIslammədəniyyatŞəkil​SONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran səfiri “Yeni Müsavat” Media Qrupunu ziyarət etdi – FOTO

İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi və səfirliyin əməkdaşları iyunun 11-də “Yeni Müsavat” Media Qrupunu ziyarət edib. Görüşdə İran səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Əli Musəvi də iştirak edib. 

Səfir Media Qrupun təsisçisi Rauf Arifoğlu ilə müzakirələr aparıb.

Görüş zamanı Seyid Abbas Musəvi bildirib ki, Azərbaycanda yenidir, cəmi 10 aydır səfirdir, çalışır ki, ictimai-siyasi və media qurumları ilə yaxından tanış olsun, səmərəli əməkdaşlıq qurulsun.

O diqqətə çatdırıb ki, səfir kimi onun qarşısında qoyulan əsas vəzifələrdən biri İran-Azərbaycan münasibətlərinin daha da möhkəmləndirilməsinə nail olmaqdır.

Cənab Musəvi qeyd edib ki, bu xüsusda media ilə sıx əməkdaşlıq prioritetdir, habelə İran və Azərbaycanın media qurumları arasında əlaqələr yaradılması, qarşılıqlı əməkdaşlıq üçün müxtəlif proqramlar üzərində çalışılacaq.
Görüşdə Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi qələbənin nəticələri, bölgədəki mövcud durum, regional əməkdaşlıq və bu kontekstdə Azərbaycan-İran münasibətləri ilə bağlı da müzakirələr aparılıb.

Səfirin Media Qrupunu ziyarətindən məmnunluğunu bildirən Rauf Arifoğlu Azərbaycan-İran dostluğunun, qonşuluq münasibətlərinin möhkəmlənməsi, regionda davamlı sülhün, əmin-amanlığın qorunması üçün təşəbbüslərə dəstək verməyin və səmimi əməkdaşlığın vacibliyini vurğulayıb.

Musavat.com

6df078c0-429a-4030-92b4-27312951e666.jpg (149 KB)

f7f9dc4f-db65-4e7e-a0e1-451974adf072.jpg (133 KB)

03b246cb-1399-47e4-9304-0be5957ac1e6.jpg (114 KB)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button