ArxivmədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran səfiri yaranmış problemi daha bir rəsmi ilə müzakirə etdi

İran İslam Respublikasının Bakıdakı səfiri Seyid Abbas Musavi bu gün Azərbaycanın baş nazirinin müavini ilə məsləhətləşmələr aparıb.

 bu barədə məlumat İranın Azərbaycandakı Səfirliyinin rəsmi “Twitter” hesabında yerləşdirilib.

Bildirilir ki, Seyid Abbas Musavi bölgədəki cari dəyişikliklər, xüsusən Azərbaycan Respublikası ilə Ermənistan arasındakı sərhəd bölgələrindəki yeni vəziyyət və Gorus-Qafan yolunda yeni nəqliyyat şəraiti və digər əlaqəli mövzularda Azərbaycanın baş nazirinin müavini cənab Şahin Mustafayev ilə məsləhətləşdi.

Sentyabrın 16-sı səfir Azərbaycan Respublikası prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə də görüşüb, səmimi müzakirələr apardığını açıqlayıb.

Xatırladaq ki, ötən il dekabr ayında Görus-Qafan yolunun Azərbaycandan keçən 21 kilometrlik hissəində nəqliyyat vasitələrinin sərbəst şəkildə istifadə edilməsi və malların tranziti üçün razılıq əldə edilib.

Bununla belə sentyabrın 13-ü Azərbaycan Dövlət Gömrük Komitəsi məlumat yayaraq bu ölkə ərazisindən keçən nəqliyyat vasitələrindən yol vergisi və digər gömrük ödənişlərinin alınması ilə əlaqədar bildirib ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir.

İran tərəfi isə hesab edir ki, Azərbaycan dövlətinin bu qərarı həm şirkətləri ziyanla üzləşdirir, həm də regionda sərbəst ticarətə mane olur. Və bu olaylar bütövlükdə regional əməkdaşlığın inkişafını, eyni zamanda Azərbaycanla Ermənistan arasında etimad mühitinin yaranmasını kölgə altında qoyur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button