ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran səfiri Azərbaycan Respublikasının Baş prokuroru ilə görüşüb

İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə görüşüb.

görüşdə Əliyev Azərbaycan və İranın ortaq tarixi, mədəni və dini bağlılıqlara malik olduğuna diqqət çəkib və Azərbaycan-İran əlaqələrinin hələ də müsbət istiqamətdə inkişaf etdiyini bildirib.

Səmimi qəbula görə təşəkkür edən səfir Musəvi ikitərəfli münasibətlərə toxunaraq Azərbaycanla əlaqələrin əhəmiyyətini və iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə dinamik inkişaf etdiyini bildirib.

Görüş zamanı tərəflər arasında narkotiklərin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizə, məhbusların ekstradisiyası, beynəlxalq hüquqi yardım və müxtəlif hüquqi məsələlər müzakirə edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button