Xəbərlər

İslam Partiyası Mövsüm Səmədovla bağlı ölkə başçısına müraciət etdi

AİP-in Baş Məclisi adından dövlət başçısı İlham Əliyevə müraciət ünvanlanıb.

Bu barədə FaktXeber.com-a qurumun mətbuat xidmətindən məlumat daxil olub. Müraciətdə bildirilir ki, Baş Məclis üzvləri partiya sədri Hacı Mövsün Səmədovun qanunsuz həbsinin siyasi sifariş olması, ona qarşı qərəzli və böhtan xarakterli ittihamın irəli sürülərək həbs edilməsini əsas gətirərək onun azadlığa buraxılması üçün dövlət başçısına müraciət qəbul etməyi lazım bilib.

Müraciətdə Azərbaycan İslam Partiyasının yarandığı gündən müsəlman xalqımızın, bütün vətəndaşlarımızın xoşbəxt gələcəyi uğrunda əzmlə mübarizə apardığını, siyasi fəaliyyəti dövründə Vətən, xalq, dövlət qarşısında öhdəsinə düşən vəzifələrin ləyaqətlə yerinə yetirdiyi vurğulanır. Başda Hacı Mövsüm Səmədov olmaqla din alimlərinin həbsxanalarda günahsız yerə əzab çəkmələri, ailələrindən uzaq düşmələri, çoxminli sosial bazaya malik partiya üzvlərinin, xüsusən ölkədə dini cameənin ciddi narahatlığına səbəb olduğu da söylənilir.
Müraciətdə bildirilir ki, Hacı Mövsümə qarşı irəli sürülən ittihamlara, onun və digər islamçıların cinayət tərkibli əməl törədə biləcəklərinə onları tanıyan yüz minlərlə insan inanmır və onları günahsız hesab edir və dindarlar günahsız insanların, dinimizin müqəddəs dəyərlərinin daşıyıcılarının məhkum olunduqları 12 illik həbs müddətindən əvvəl azad edilməsini ədalətin təntənəsi kimi dəyərləndirərdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button