AktualAktualArxivXəbər lentiXəbərlər

Səudiyyə Ərəbistanın sionist rejimlə əlaqələrini açıq şəkildə elan edilməsi İslam ümmətinin kürəyinə vurulan xəncərdi-YENİLƏNİB

Xəbər verdiyimiz kimi bu gün səhər Ali Rəhbər Ayətullah Xamenei İranın Sistan və Bəlucistan, Kirman, Lorestan, Kirmanşah , Ərdəbil və Qərbi Azərbaycan əyalətindən olan minlərlə insanı qəbul edib.

Maide.Az xəbər verir ki, Ayətullah Xamenei çıxışında bildirib ki, İranın nüvə anlaşması – “Hərtərəfli Fəaliyyət Planı” bir təcrübə idi ki, Amerika ilə müzakirənin heç bir nəticəsi yoxdur. Onlar verdikləri vədələrə xilaf çıxırlar. Bu proqram onların etimadsızlıq zərurətini sabit etdi. Və bu göstərdi ki, ölkənin inkişafı və insanların həyat tərzinin yaxşılaşdırılması yolu daxili potensiallara diqqət yetirməkdədir. Düşmənlərin daim bölgədə və dünyada İran üçün maneələr yaratmasına etinasız olmaq lazımdır.

Ali Rəhbər bildirib ki, “Hərtərəfli Fəaliyyət Proqramı”nın verdiyi təcrübə düşmənlərə etimadsızlığın doğru olduğuna açıq-aydın nümunədir. Bu gün müzakirələrdə iştirak edən diplomatlarımız da bu həqiqəti təkrar edərək qeyd edirlər ki, Amerika verdiyi sözləri yerinə yetirmədi. Və öz şirin dili ilə İranın digər ölkələrlə iqtisadi əlaqələr qurmasını pozur və maneələr yaradır.

Ali Rəhbər əlavə edib ki, əlbəttə uzun illərdir ki, amerikalılara etimadsızlıq məsələsini təkrar edirik, amma bəziləri bu həqiqəti qəbul etməkdə çətinlik çəkirdilər. Ayətullah Xamenei ötən həftə İran və 5+1 ölkələri arasında Avropada keçirlən müzakirələrə toxunaraq qeyd edib ki, bu müzakirələrdə bizim iranlı diplomatlarımız qarşı tərəfə götürdükləri öhdəlikləri pozduqlarına dair xəbərdarlıq edərək,. onlara hələ də maneələr yaratdıqlarını bildiriblər.

Ayətullah Xamenei nüvə sazişinin imzalanmasından 6 aydan çox vaxt keçdiyini xatırladaraq belə bir sual ortaya qoyub: Məgər zalımcasına sanksiyalar ləğv olunaraq insanların həyatında müsbət təsir göstərməyəcəkdimi? Siz ötən bu 6 ayda insanların həyatında hissolunacaq hər hansı bir müsbət təsiri görürüsünüz? Əgər amerikalıların öz əhdlərini pozması olmasaydı, sizcə hökümət bu müddətdə çoxlu işlərin görülməsini bacarmayacaqdı?

Ayətullah Xamenei əlavə edib ki, “Hərtərəfli Fəaliyyət Proqramı”nın icrasından öncə bəzi məsul şəxslər bildirirdilər ki, İran əgər öz öhdəliklərini yerinə yetirsə, sanksiyalar birdəfəlik ləğv olunacaq. Amma hal-hazırda görürük ki, sanksiyaların tədricən ləğvindən söhbət gedir. Nə üçün?

Ayətullah Xamenei amerikalıların öncədən məktublar ünvanladığını xatırladaraq qeyd edib ki, 2 il öncə dedik ki, İran xalqı nüvə müzakirələrinə bir təcrübə kimi baxacaq. Ki, görsünlər amerikalılar əməldə nə iş görür. İndi müəyyən olunub ki, onlar öz vədələrinin əksi olaraq hələ də davamlı təxribat törətmək və çirkli planlar cızmaqla məşğuldurlar.

Ayətullah Xamenei İmam Xomeyninin (r) Amerikanın böyük şeytan olduğunu vurğulayan cümləsini xatırladıb. Quran ayələrinə görə şeytan Qiyamət günündə öz davamçılarına deyəcək ki, siz özünüzü danlamalısınız ki, niyə görə mənim yalançı vədələrimə etimad etdiniz? Və bu gün də Amerikanın yalançı vədələrinə inanmaq və ona diqqətsizlik bu məsələnin nümunəsidir.

Ayətullah Xamenei ölkə gənclərini və ziyalılarını ölkənin Amerikaya qarşı siyasəti haqda düşünməyə dəvət edib. Və qeyd edib ki, bu siyasətlər təcrübə, düşməni tanıma, ölkənin və regionun həqiqi vəziyətini tanıma əsasında formalaşıbdır.

Ayətullah Xamenei görüşdə ölkənin müxtəlif bölgə və əyalətlərindən müxtəlif insanların iştirak etdiyinə toxunaraq qeyd edib ki, bu həqiqətin göstəricisidir ki, İran xalqı müxtəlif dil, tayfa və məzhəbdən olmağına baxmayaraq, vahid şəkildə çalışırlar ki, əziz İranı İslam ölkəsi kimi maddi və mənəvi nümunə olaraq dünyaya tanıtdırsınlar. Və digər müsəlman xalqlarını ixtilaf yaradacaq siyasətlərin və hegemonların istismarının qarşısında dayanmağa rəğbətləndirsinlər.

Ayətullah Xamenei son aylarda xarici tacirlərin İrana gediş-gəlişinin nəticəsiz olduğunu bildirib. Onların məqsədi İranın daxili bazarını ələ almaqdır. Bir halda ki, bu gediş-gəlişlər gərək həqiqi investisiyanın yatırılmasına və yeni texnologiyaların İran gənclərinə ötürülməsi ilə nəticələnməlidir.

Ayətullah Xamenei ölkə daxilində ölkə daxilində korrupsiyanın qarşısını alınmasının zəruriliyini vurğulayıb və bildirib ki, məsul şəxslər həddən artıq maaşların və korrupsiya hallarının qarşısının alınmasın çalışmalıdır. Bəzi sahələrdə bununla bağlı işlər görülüb. Amma bu işlər daha geniş və davamlı şəkildə olunmalıdır.

Ayətullah Xamenei çıxışının davamında bölgədəki vəziyyətlə bağlı danışıb və bildirib ki, bölgədə baş verən proseslərdə Amerikanın əlinin olduğu görsənir.

Ayətullah Xamenei əlavə edib ki, S.Ərəbistanının sionist rejimlə əlaqələrinin olmasını açıq şəkildə elan edilməsi İslam ümmətinin kürəyinə vurulan xəncərdi. Bu iş Səudilərin günah və böyük xəyanətidir. Amma bu böyük qələtin edilməsində amerikalıların rolu var. Ona görə ki, Səudiyyə dövləti, Amerika dövlətinin ağzına göz dikən və ona tabe olan ovsunlnmış bir ölkədir.

Ayətullah Xamenei bildirib ki, Səudiyyənin Yəməndə dinc əhalini qətlə yetirərək məktəb və xəstəxanaları bombalaması və üzüqara BMT sədrinin təzyiq nəticəsində buna sakit yanaşması onu göstərir ki, bu cinayəti törətməyə yaşıl işıq onlara ABŞ tərəfindən yandırılıb. BMT sədri bunu dedikdən sonra hələ də vəzifəsində qalır. Halbuki o gərək vəzifəsindən istefa verərdi. Vəzifədə qalması ilə o bütün bəşəriyyətə xəyanət etmiş oldu.

Ayətullah Xamenei Bəhreyn məsələlərinə də toxundu. Əcnəbi hərbiçilərin bu ölkənin xalqına təzyiq etmək üçün ora qoşun yürütməsi, Amerikanın dəstəklədiyi hərəkətlərə bir nümunə olduğunu bildirdi. Bu gün Səudiyyə dövləti ağılsız insanların əlindədir. Məsələlərin dəqiq təhlili göstərir ki, Amerikanın bütün bu hadisələrdə əli var.

Ayətullah Xamenei amerikalıların təkfirçi qrupların gücləndirilməsi və yaradılmasında olan rolundan danışıb. Onlar İslam ümməti arasında ixtilaf yaratmaq məqsədi ilə “əməvi və mərvani İslam”ı yaymağı, “həqiqi İslam”ın adının bədnam olmasını hədəfləyirlər. Amerikalılar iddia edirlər ki, təkfirçi qruplara qarşı koalisiya yaradıblar. Bir halda ki, onlara qarşı hər hansısa təsiredici iş görmürlər. Bəzi məlumatlara əsasən bu qruplara hətta yardım da edirlər.

Ali Rəhbər əlavə edib ki, təkfirçi qruplar bu gün öz dəst’kləyicilərinin ətəklərindən yapışıblar.

Ayətullah Xamenei söhbətinin sonunda bildirib ki, Amerika, bölgədəki problemlərin gücləndirilməsində əsas rol oyanyan bir ölkədir. Bölgə xalqları özləri bu problemləri həll edə bilər. Biz bölgə dövlətlərini dəvət edib onlara xatırladırıq ki, Amerika inanılası bir dövlət deyil. Amerika Ərəb dövlətlərinə sionist rejimi qoruyub saxlamaq və öz hegemonluq mənafeyini təmin etmək üçün bir vasitə kimi baxır.

Bölgədəki problemlərin həll yolunu Ayətullah Xamenei müsəlman dövlətlərin və xalqların birliyində olduğunu bildirib. Və deyib ki, Amerikanın və bəzi Avropa dövlətlərinin hegemon məqsədlərinin qarşısında müqavimət göstərmək, və müsəlman dövlətlərin və xalqlarının birliyi bölgədəki problemlərin çıxış yoludur. Gərək bu məqsədlər tanınsın və onların qarşısında müqavimət göstərilsin. Bizim millət də bu yolda möhkəm dayanıb.

Ayətullah Xamenei qeyd edib ki, Amerikanın düşmənçiliyi tək İranla deyil. Türkiyədəki çevrilişlə bağlı da Amerikaya qarşı çox ittihamlar səsləndirilir ki, bu çevriliş onlar tərəfindən idarə olunub. Əgər bu sübuta yetirilərsə, onlar üçün böyük biabırçılıq olacaq. Türkiyə Amerikanın müttəfiqi və yaxşı əlaqədə olduğu ölkədir. Amerikalılar İslam və İslama meylilik ilə müxalifdirlər. Ona görə də Türkiyədə İslama meylilik olduğu üçün çevrilişə əl atıblar. Əlbəttə bu çevrilişə cəhdin nəticəsində amerikalılar məğlub oldular və onlar Türkiyə xalqının gözündən düşdü. Amerika İraqda, Suriyada və digər bölgələrdə də bu cür zəifdirlər.

Ayətullah Xamenei bildirib ki, Allah-taala Allah dininə yardım edəcəyini vədə verib. Əgər İran xalqı bu vədəyə inanaraq onun hazırlığını təmin edərsə bütün problemlər öz həllini tapacaq. |

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button