ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran Rusiyadan Su-35 qırıcılarının alınması ilə bağlı müqaviləni yekunlaşdırıb

“Sputnik” xəbər agentliyinin məlumatına görə, İranın BMT-dəki daimi nümayəndəliyi ölkəsinin Rusiyadan Sukhoi-35 təyyarələrinin alınması ilə bağlı müqaviləni yekunlaşdırdığını, lakin bu təyyarələrin sayı və çatdırılma tarixi ilə bağlı məlumatın məxfi olduğunu bildirib.

Sputnik İranın BMT-dəki missiyasına istinad edərək, bildirib ki, 1988-ci ildə İran-İraq müharibəsi başa çatdıqdan sonra İran bir sıra ölkələrdən döyüş təyyarələri satmaq imkanının araşdırılmasını istəyib və Rusiya onları satmağa hazır olduğunu açıqlayıb.

İranın BMT-dəki missiyası əlavə edib ki, “Sukhoi-35 qırıcıları texniki cəhətdən İran tərəfindən təsdiqlənib. Ona görə də, 2020-ci ilin oktyabrında BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə əsasən İrana qarşı adi silahların alınmasına qoyulan qadağa sona çatdıqdan sonra, İran İslam Respublikası, Rusiyadan Sukhoi-35 təyyarələrinin alınması ilə bağlı prosedurları tamamlayıb”.

İranın BMT-dəki missiyası sazişin nə vaxt tamamlandığını və İranın Rusiyadan nə qədər təyyarə alacağını dəqiqləşdirməyib və deyib: “Onlar məxfi olduğu üçün heç bir təfərrüat açıqlanmayacaq”.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button