ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

“Salman Farsi” serialının çəkilişləri hələ davam edir.

Muxtarnamə televiziya serialından sonra Davud Mirbaqirinin növbəti tarixi filmi İslam Peyğəmbəri (s) səhabələrindən olan Salman Farsi haqqındadır. Film Salman Farsinin həyatının müxtəlif mərhələlərini əhatə edərək İslamdan öncə, İslam Peyğəmbəri (s) dönəmi və Rəsulallahın (s) rehlətindən sonrakı dövrü əhatə edəcək. 2009-cu ildən hazırlıqlara başlayan film, 45 seriyadan ibarət olacağı planlaşdırılır. Film əsasən İranın müxtəlif şəhərlərində, bir hissəsi isə qumluq səhralıqda lentə alınacaq.

2017-ci ildən çəklişlərə start verən serial beş il boyunca çəkiləcəyi planlansa da, sonradan bəzi əlavələr filmin çəkiliş müddətini uzadır. Eyni halda mövcud pandemiya da filmin çəklişlərinə təsirsiz ötüşmür. Bəzən aylarla çəklişin dayandırılması xəstəliyin yaratdığı maneələrdəndir. Hal-hazırda filmin çəklişləri davam edir. Filmdə Əlirza Şoza Nuri, Fərhad Aslani, Mehdi Fəxmzadə, Rza Kianian, Muhəmməd Sadiqi, Məcid Müşərrəf və sairləri yer alıb. Filmin rejissoru Hüseyn Tahiridir.

Davud Mirbaqiri İtirilmiş ismət, İmam Əli, Muxtarnamə kimi bir çox filmlər lentə alıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button